14 may 2015 17:15

Bakı-2015 və Tissot ikinci Şanslı Qalibi elan etdi

Bakı 2015 və rəsmi tərəfdaşı Tissot Tahirə Məcidovanı Avropa Oyunlarının ikinci Şanslı Qalibi elan etdi. Azerisport.az xəbər verir ki, Tahirə Məcidovanın bilet nömrəsi təsadüfi püşkatma ilə seçilib və o, məşhur İsveç saat markasının hesabına xüsusi hazırlanmış göz qamaşdırıcı kişi və qadın saatı əldə etdi.

Bakı 2015-in Şanslı Qalib kampaniyası onlayn bilet alan yerli tamaşaçılar üçün rəsmi tərəfdaşların təqdim etdiyi dəyərli hədiyyələr üzrə oynanılıb. Növbəti hədiyyələr P&G-dan ailə üçün illik məhsul tədarükü və Nar Mobile-dan ömürlük danışıq paketidir. Bütün Şanslı Qaliblər, həmçinin, Bakı 2015 ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə 2 nəfərlik VIP bilet əldə ediblər. 

Şanslı qalib Tahirə Məcidova dedi: “Tissot şirkətinin təqdim etdiyi saatlar çox gözəldir və bu mötəbər tədbirdən yadigar qalan möhtəşəm suvenir olacaq. Hər dəfə bu saatları istifadə edərkən, Avropa Oyunlarının loqosunu təmsil edən rənglər sayəsində Bakı 2015-i xatırlayacayıq! Həm də, heç kimə hər gün arxasına adının həkk olunduğu saat hədiyyə etmirlər. Bu cəhət, bu saatları daha da xüsusi edir. Birinci Avropa Oyunlarının bir hissəsi olacağımız günü, xüsusilə də, açılış və bağlanış mərasimlərini səbirsizliklə gözləyirik”.

Tissot-un prezidenti cənab Fransua Tibo dedi: “Bakı 2015, tamamilə fərqli bir tədbir - tarixin ilk Avropa Oyunları olacaq və biz, xüsusi hazırlanmış “Tissot Quickster Baku” saatı vasitəsilə, Oyunları xanım Məcidova üçün unudulmaz xatirəyə çevirmək istədik. Bakı 2015 Avropa Oyunlarının rəsmi tərəfdaşı olaraq, tədbirə göstərilən marağı artırmağa və onu Şanslı Qalibimiz üçün daha unudulmaz ana çevirməyə yardım etməyimizdən məmnunuq. 

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq dedi: “Mən, Tissota Şanslı Qalib kampaniyasına verdikləri töhfəyə görə, təşəkkürümü bildirmək istərdim. Bu cür irimiqyaslı tədbir üçün sponsorlardan güclü dəstək almaq olduqca vacibdir və Tissot, Şanslı Qalib kampaniyasında iştirak etməklə, rəsmi tərəfdaş kimi öhdəsinə düşən vəzifəni icra etdiyini göstərdi. Həmçinin, mən, xanım Məcidovanı bu cür möhtəşəm hədiyyələr qazanması münasibətilə təbrik edirəm”.

Avropa Oyunlarına biletləri əvvəlki kimi, baku2015.com saytında onlayn almaqla, qarşıdakı günlərdə Bakı 2015-in rəsmi tərəfdaşları P&G və Nar Mobile-dan dəyərli hədiyyələr qazanmaq hələ də mümkündür. 

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.