12 may 2015 17:00

Suğraxanım Müqabilzadə Bakı-2015-də mübarizə aparacağı üçün fəxr edir

Azərbaycanlı yeniyetmə Suğraxanım Müqabilzadə, Bakı 2015 Avropa Oyunlarının vebsəhifəsi üçün hazırlanan video çarxda Bakı 2015 hazırlıqları və keçirdiyi qürur hissi barədə danışıb. Azerisport.az xəbər verir ki, Nanjin 2014 Yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən və Bakıda keçirilmiş Federasiyalar kubokunda üçüncü yeri tutan 16 yaşlı idmançı, yaşının az olmasının hərdən onu narahat etdiyini bildirdi: “Mən, bu yarışda mübarizə aparan ən gənc idmançılardan biriyəm”.

Mənim bu cür irimiqyaslı yarışlarda digər idmançılar qədər təcrübəm yoxdur və bu amil, bəzən məni narahat edir, lakin eyni zamanda turnirə ruhlandırır və mən buna hazıram”.

Gənc ulduz, vətənində Birinci Avropa Oyunlarında mübarizə aparacağı üçün fəxr etdiyini bildirdi: “Bu cür irimiqyaslı və mötəbər yarışın mənim vətənimdə gerçəkləşməsi möhtəşəmdir. Bu, həqiqətən, məni həyəcanlandırır. Bu, bir şərəfdir və mənə qürur hissi verir”.

“İdmançılar diqqət mərkəzində” silsilə proqramın davamı olan bu videonu http://www.baku2015.com/video/index.html internet səhifəsində izləmək olar.

Bakı 2015-in kamandan oxatma yarışları iyunun 16-dan başlayaraq, 7 gün ərzində Tofiq Bəhramov Stadionunda keçiriləcək. Kamandan oxatma üzrə kişilərin, qadınların və qarışıq komanda yarışlarında Avropanın müxtəlif ölkələrindən 128 idmançı 5 medal dəsti uğrunda mübarizə aparacaq.

Biletləri, birbaşa Park Bulvar, 28 Mall və Metro Park alış-veriş mərkəzləri də daxil olmaqla, Bakının müxtəlif yerlərində quraşdırılmış 12 əlverişli bilet satış məntəqəsindən, yaxud www.baku2015.com/tickets  saytından onlayn qaydada almaq olar.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.