12 may 2015 16:30

Bakı-2015 Kubanın ICRT teleşirkəti ilə yayım sazişi imzaladı

Bu gün, Bakı 2015, Birinci Avropa Oyunlarının Avropanın hüdudlarından kənarda yayımını təmin etmək üçün növbəti televiziya müqaviləsinin imzalandığını açıqlayıb. Azerisport.az xəbər verir ki, bu müqavilə, Kubanın “Instituto Cubano de Radio y Television” televiziya kanalı (ICRT) ilə bağlanıb.

Kanal, Kubada 3.8 milyon evi ödənişsiz yayım ilə təmin edir və eyni zamanda, gələn il Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarının Kubada rəsmi yayımçısıdır.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq dedi: “Bu, Latın Amerikası ölkələri ilə bağladığımız ilk müqavilədir, lakin mən, bunun son müqavilə olmayacağına əminəm. Kuba, böyük idman tarixinə malik ölkədir və mən, ICTR tamaşaçılarının Bakıdakı tədbiri izləməkdən zövq alacaqlarına şübhə etmirəm.

Birinci Avropa Oyunları ICRT-nın Olimpiya Oyunları yayımını mükəmməl şəkildə tamamlayacaq. Bakı 2015 proqramında olan 16 Olimpiya idman növündən 12-si Rio 2016 Yay Olimpiya Oyunları üçün təsnifat imkanları təqdim edəcək, bu isə Oyunlar arasındakı ahəngin göstəricisidir”.

Kuba, Avropa Oyunlarının geniş yayımını həyata keçirəcək digər ölkələr - Birləşmiş Ştatlar və Kanada, ərəb ölkələri, Hindistan, Çin, Honq Konq və Avstraliyanın sırasına qoşulur.

ICRT tərkibində olan “Canal Tele Rebelde”nin baş direktoru cənab Roberto Qonzales əlavə etdi: “Mən Kuba xalqının bu cür yeni və önəmli idman tədbirindən zövq alacağına əminəm. Bizim tamaşaçılarımızın idmana böyük sevgisi var və Bakı 2015 Avropa Oyunları, bizim mötəbər beynəlxalq idman yarışları portfelimizdə Olimpiya Oyunları ilə yanaşı, idmana maraq yaradılmasında mühüm rol oynayacaq”.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.