11 may 2015 00:10

Alovun 20-ci dayanacağında festival xüsusi coşqu ilə keçirildi

Bakı 2015 Alovu bazar günü, mayın 10-da Azərbaycanın daha iki rayonuna səyahətini başa vurdu. Azerisport.az xəbər verir ki, əvvəlcə Ağcabədi rayonu məşəl marafonuna qoşuldu.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünün qeyd olunduğu günə təsadüf etdiyindən Ağcabədi ikiqat bayram libasına bürünmüşdü. Rayonun küçələrində müxtəlif idman növlərinə aid geyimlərdə olan yeniyetmə və gənclər nümunəvi çıxışları ovqatı yüksəldirdi. Gənclər mərkəzinin önündə isə milli geyimli məktəblilərin musiqi ifaları könül oxşayırdı.

Kür-Araz ovalığının Mil və Qarabağ düzlərində yerləşən Ağcabədinin ərazisi 1756 kv.km, əhalisi 129 min 324 nəfərdir və ölkənin ən iri kənd təsərrüfatı rayonlarından biridir.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaya göz açdığı Ağcabədi 1966-cı ildə İngiltərədə keçirilən FİFA Dünya Kubokunun final qarşılaşmasında verdiyi qərarla xüsusi məşhurluq qazanmış, eləcə də dünya idmanında şərəfinə heykəl ucaldılmış yeganə futbol hakimi olan Tofiq Bəhramovun doğulduğu torpaqdır.

Şəhər mərkəzində Üzeyir Hacıbəyli küçəsində yerləşən Heydər parkı qarşısında quraşdırılmış tağdan keçməklə, fəal gənclərdən Radə Qafarovanın başladığı məşəl estafetini fəallar - Lamiyə Həsənova, Ülkər Balakişiyeva, Emin Süleymanov, Asim Mirzəxanlı, Xalid Babayev, əlbəyaxa döyüş ustası Rahib Əhmədov, karate-doçular - ikiqat dünya çempionu Əli Cəfərov, eləcə də Nərgiz Quliyeva davam etdirdilər. 3,48 km-lik estafetə Heydər Əliyev prospektində yekun vuruldu. Milli liderin adını daşıyan meydanda quraşdırılmış səhnədə sonuncu məşəlçi, daha bir karate-do ustası Eldəniz Qənbərov alov çırağını yandırdı.

Məşəlçi Əli Cəfərov ürək sözlərini belə ifadə etdi: “Avropa Oyunları bu günə qədər Azərbaycan tarixinin ən irimiqyaslı tədbirdir və onun tərkib hissəsi olmaq, xüsusən də belə bir gündə – ölkənin hər bir yanında ulu öndər Heydər Əliyevin ad günün qeyd olunduğu bir tarixdə məşəllə yürüş etmək böyük şərəfdir. Bu Oyunlar həm də Avropanın özünün ilk böyük idman yarışları olacaq. Cənab prezidentə minnətdaram ki, bizə belə bir sevinci bəxş edib və ölkəmiz Avropa miqyasında yenilikçi rolunda çıxış edir. Oyunlarda mübarizəyə qatılacaq idmançılarımızdan uğurlu nəticələr gözləyirəm. Karateçi kimi, Bakı 2015-də iştirak edə bilməsəm də, ruhdan düşməyəcəyəm. Əksinə, sevinirəm. Çünki Avropa Oyunları bu idman növünün olimpiya proqramına düşməsinə təkan verəcək”.

Küçələr boyunca milli geyimli insanları görmək xüsusi təəssürat oyatdı. Şəhərin əsas meydanında keçirilən qarşılanma mərasimi zamanı məktəblilərin kövrək hisslərlə milli himnimizi səsləndirməsi mərasimə toplaşanlara xüsusi təsir etdi. Alovun Atəşgah məbədində alovlandırılıması mərasiminin videokadrları nümayiş etdirildi və tribunaya qalxan məşəlçilər alqışlandı. Yandırılmış çırağı

ictimaiyyətə yenyietmə taekvondoçuların dünya ikincisi və Avropa üçüncüsü Minayə Əkbərova təqdim etdi.

Estafetçilər sonra Üzeyir parkına gəldilər. Burada yerləşən, Üzeyir Hacıbəyov adına Muğam mərkəzinin qarşısında böyük bəstəkarın musiqilərindən parçalar səsləndi, xatirə şəkilləri çəkdirildi.

Karvan sonra Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşən Ağdama yol aldı.

Pəhləvanlar yurdu, o cümlədən sambo üzrə 9-qat dünya, 6-qat Avropa və 13-qat SSRİ çempionu Ceyhun Məmmədovun doğulub boya-başa çatdığı Ağdam rayonunda Quzanlı Olimpiya İdman Kompleksi yeni nəslin yetişdirilməsində xüsusi rol oynayır və bu ərazilərdə sabaha ümidin daha bir çırağıdır. Azərbaycanın futbol üzrə ən güclü klublarından olan “Qarabağ” bu rayonu təmsil edir və böyük azarkeş ordusu ilə seçilir. Ev oyunların Bakıda keçirmək məcburiyyətində qalmış komanda Azərbaycanı dəfələrlə Avropa kuboklarında təmsil edib və ötən mövsüm tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq, son ana qədər pley-offa çıxmaq şansını qoruyub.

Sahəsi 1094 km2, əhalisinin sayı 191 min (01.01.2015) olan Ağdamın rəmzi məşhur Qarabağ cinsli atlardır. Ümumiyyətlə, hazırda dünya üzrə 260 cins atın ikisi ("Dilbaz" və "Qarabağ") Azərbaycana məxsusdur. Asiya və Qafqazda ən qədim at cinsi hesab edilən əsasən kürən olan Qarabağ atı yüksək qaçış sürəti ilə seçilir. 1956-cı ildə Böyük Britaniyaya səfər edən Sovet rəhbəri Nikita Xruşşov kraliça II Elizabetə Ağdam Atçılıq Zavodunda yetişdirilmiş "Zaman" adlı Qarabağ atı da bağışlayıb.

Yollarına tökülən gül ləçəkləri yağışı ilə qarşılanan məşəl estafetini Heydər Əliyev prospektində Saleh Qurbanov başladı. 3,02 km-lik estafetdə ikinci estafetçi Nəcəf Nəcəfqulubəyli Ağdamın məşhur rəmzi “Çay evi”nin qarşısında yerli ictimaiyyəti salamladı, xatirə şəkilləri çəkdirildi. Sonra yürüşü Əkbər Qarayev, Alim Aslanov, Fədai Əliyev, Zəfər İmanov, Səbuhi Cəfərzadə, Nihad Əhliyyətzadə, Qəzənfər Qəzənfərli və Bakı 2015-in rəsmi tərəfdaşı, Alovun səyahətinin dəstəkçisi SOCAR-ın nümayəndəsi, cudo üzrə idman ustası Samir Nəzərov davam etdirdilər. Sonuncu məşəlçi, futbolçu Xəyyam Qurbanov Bayraq meydanına daxil olaraq, səhnəyə qalxdı və çırağı alovlandırdı.

Məşəlçi və rəsmi tərəfdaşın nümayəndəsi Samir Nəzərov Avropa Oyunları və yürüşlə bağlı təəssüratlarını bölüşdü:  "Oyunlar nəinki Azərbaycanın, həm də Avropanın özünün çoxnövlü ilk böyük idman tədbiri olacaq. Belə bir sevincli günlərin, tarixi hadisənin şahidi və iştirakçısı olduğumuz üçün, ilk növbədə, ölkə başçısına və onun yenilikçi kursuna minnətdar olmalıyıq. Bu gün üçqat bayramdır. Çünki Avropa Oyunlarının alov səyahətinin Quzanlıya gəlməsi ilə yanaşı, həm də ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünün təntənələri və bir də Gül bayramını qeyd edirik. Ulu öndər ölkə rəhbərliyinə gələndə, ilk çıxışlarından birində Azərbaycanın bir gün idman ölkəsi olacağını söyləmişdi. Bu gün hər birimiz bunun əyanı şahidiyik. Məşəlçi olacağımı, açığı, heç gözləmirdim. Bu etmadı göstərənlərə təşəkkürümü bildirirəm. Özüm də keçmiş cüdoçu olduğum ucun, bu Oyunlar mənim üçün xüsusi maraq doğurur. Yarışları yaxından izləyəcəyəm. İnanıram ki, idmançılarımızın uğurları çox olacaq”.

Festivalı izləmək üçün minlərlə insan bura axışmışdı. Meydanda əsl izdiham var idi. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum gününə təsadüf edən bu tarixi hadisə ilə Alov Festivalının daha bir təntənəsinin sədaları ətrafa yayılmağa başladı. Yerli “Qızılgül” xor kollektivinin çıxışı gurultulu alqışlarla qarşılandı. Paytaxtda, qədim Atəşgah məbədində məşəlin alovlandırılması mərasiminə həsr olunmuş videogörüntülər nümayiş etdirildi. Məşəlçilər tribunaya dəvət olunaraq alqışlandılar. Səhnədə yandırılan çırağı Bəxtiyar Musayev adına tam orta məktəbin 10-cu sinif sagirdi Gunay Kazımova yerli sakinlərə nümayiş  etdirdi.

Səmaya sülhün rəmzi olan göyərçinlərin, dostluğu və birliyi rəmz edən şarların buraxılmasını sabaha inamın mənbəyi də adlandırmaq olar. Bakı 2015-in Ulduz elçiləri, məşhur mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə keçirilən mərasim zəngin ədəbi-bədii tərtibatı ilə xüsusi seçildi.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Məşəl estafeti mayın 12-də Zərdab və Tərtər rayonlarında davam etdiriləcək.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.