10 may 2015 17:00

Bakı-2015 Tour d’Azerbaijanı qeyd edir

Bu gün, Bakı 2015 dördüncü “Tour d’Azerbaijan” yarışının qalibi Primoz Roqliçi təbrik etdi və Azərbaycan Velosiped İdmanı Federasiyasının növbəti dünya səviyyəli tədbirə ev sahibliyini yüksək qiymətləndirdi. Azerisport.az xəbər verir ki, Bakı 2015-in təşkilatçıları Azərbaycan Velosiped İdmanı Federasiyası ilə sıx əməkdaşlıq edirdilər və Turun bugünkü son mərhələsi üçün istifadə olunan dövrə, Avropa Oyunlarının şosse yarışları zamanı da velosipedçilər tərəfindən istifadə olunacaq.

Yarışdan az sonra müsahibə verən Bakı 2015-in İdman Şöbəsinin direktoru Pirs O’Kallaqan dedi: “Biz, “Tour d’Azerbaijan”ın yenidən Bakıda uğurla başa çatmasından məmnun qaldıq; bu gün qazandıqları qələbə münasibətilə Primoz Roqliçi və “ADRIA Mobil” komandasını təbrik etmək istərdik. Bu, şəhərdə keçirilən növbəti mötəbər idman tədbiri oldu və həmin dünya səviyyəli idmançıları iyun ayında Avropa Oyunları zamanı Bakının küçələrində yenidən görəcəyimizə ümid edirik”.

Avropa Oyunları zamanı nəqliyyat sisteminin təhlükəsiz, rahat, səmərəli hərəkətini və paytaxt sakinlərinin rahatlığına təsirin daha az olmasını təmin edəcək hərtərəfli nəqliyyat planı hazırlamaq məqsədilə, Bakı 2015, Oyunlardan əvvəl Nəqliyyat Nazirliyi, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər İcra Hakimiyyəti ilə əməkdaşlıq edib.

Turun son mərhələsi zamanı, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən bu qaydaların bir çoxuna riayət olunmuşdu. Bu qaydaların icrası barədə danışan Pirs O’Kallaqan dedi: “Bu kimi önəmli idman tədbirləri zamanı bəzi yollarda hərəkətin məhdudlaşdırılması qaçılmaz olsa da, biz bu yeni yarış dövrəsinin Bakı sakinlərinin rahatlığına təsirini minimuma endirmək üçün Federasiya ilə yaxından çalışdıq və şəhərə “nəfəs almağa” imkan verdik. Biz, hər şeyin plana uyğun getdiyini və küçələrdə insanların bu cür maraqlı yarışdan zövq almasına şərait yaratmasından məmnun qaldıq”.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.