10 may 2015 11:00

Daha iki məşəl estafeti keçirildi

Mayın 9-da, şənbə günü, məşəl estafetini ölkənin cənub-qərbində Mil düzündə yerləşən, 1939-cu ildə keçmiş SSRİ rəhbərlərindən birinin şərəfinə Jdanov rayonu adlandırılsa da, 1989-cu ildə tarixi adı bərpa edilmiş Beyləqan rayonu qəbul etdi. Azerisport.az xəbər verir ki, ərazisi 1,13 min km2, əhalisinin sayı 90 min nəfər olan Beyləqanın əsası IV əsrdə qoyulub və Qədim İpək yolu üzərində yerləşdiyindən geniş əlaqələrə malik olub.

XII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mücrəddin Beyləqaninin, Sosialist əməyi qəhrəmanları Sevil Qazıyevanın, eləcə də haqqında əfsanələr gəzən Sovet İttifaqı qəhrəmanı Gəray Əsədovun doğulduğu torpaq kimi tanınan Beyləqanın, nəticələri ilə seçilən idmançıları da az deyil. Onlar arasında yunan-Roma güləşi üzrə yeniyetmələr, gənclər və ustalar arasında dünya və Avropa çempionatlarında fərqlənmiş Eldəniz Əzizli xüsusi qeyd oluna bilər.

Günorta saatlarında məşəl estafeti magistral küçəsində başlamaqla, 31 Mart – Azərbaycanlıların soyqırımı abidəsinin önündən keçməklə, məşhur Sosialist əməyi qəhrəmanı Sərdar İmrəliyevin adını daşıyan küçə ilə davam etdi. Əmək veteranları parkının qarşısından sonra Heydər Əliyev prospekti ilə daşınan məşəl ümumən, 3,12 km-i əhatə edərək, milli liderin adını daşıyan parkda qurulmuş səhnə önündə tamamlandı. Estafeti məşqçi-müəllim Əli Sarıyev başlatdı. Məktəblilər Nigar Sadıqlı, İlkanə Qəhrəmanlı, Gülşən Cahidli, Günel Bəndəliyeva və Türkanə Mehdiyevadan sonra estafeti idman təmsilçiləri - məşqçilər İlham Quliyev (cüdo) və Sahib Nəsibov (taekvondo) davam etdirdilər. Gənc sərbəst güləşçilər arasında dünya və Avropa çempionatının medalçısı Bəxtiyar İsrafilli də məşəlçilər arasında idi. Son yürüş məsafəsini qət edən məşqçi-müəllim Nofəl Hüseynovun səhnəyə çıxaraq, yandırdığı çırağı rayon ictimaiyyətinə 9-cu sinif şagirdi Fatimə Kazımlı təhvil verdi.

Bayram ovqatına bürünmüş parkda məşəlçilər qarşılandıqdan sonra yerli əhali ilə görüş keçirildi, yerli sənətkarların, yetişən idmançılar nəslinin nümunəvi çıxışları izlənildi, Bakı 2015-in canlı rəmzləri ilə şəkillər çəkdirildi.

Məşəl estafetinin iştirakçısı olmuş Nofəl Hüseynov təəssüratlarını paylaşdı: “Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə çox sevinirəm. Bizə - idman ictimaiyyətinə bu, ikiqat sevinc, fəxrdir. Axı, Oyunlar bütün Avropa üçün böyük başlanğıc olsa belə, ilk növbədə, böyük idman bayramıdır, idman həvəskarlarının yaxından izləyəcəyi hadisədir. Bu yürüşə qatıldığıma görə və rayonumuzda bu etimadın göstərildiyi 10 nəfərdən biri olduğum üçün sevincim, hiss-həyəcanım hədsizdir. Sanki güləş döşəyi üzərində yenidən məsuliyyətli sınağa, imtahan verməyə çıxmışam. Bir sərbəst güləş mütəxəssisi kimi, pəhləvanlarımızın çıxışını izləyib, onlara yaxından dəstək olmağa çalışacağam".
Məşəl estafeti iştirakçılarının rayonla tanışılığı idman obyektləri ilə davam etdi. Beyləqanda idmanın inkişafında xüsusi rolu olan 1984-cü ildən fəaliyyətə başlamış şahmat məktəbi və ardınca 3 min tamaşaçı tutumu olan və ötən il əsaslı təmir edilərək müasir standartlar səviyyəsində yenidən qurulmuş Mərkəzi şəhər stadionunda məşəlçi qrupla görüş keçirlidi, xatirə şəkilləri çəkdirildi.

Sonra, Bakı 2015 Alovu Xocavəndli məcburi köçkünlər üçün, Beyləqan rayonu ərazisində salınmış Yeni Xocavənd qəsəbəsinə yollandı.

Xocavənd sakinlərinin gurultulu alqışlarının müşayiəti ilə estafeti məşhur peşəkar döyüşçü pəhləvanlar Abbasov qardaşlarından biri başlayıb, digəri başa çatdırdı. Pankration, sambo, döyüş sambosu, ciu-citsu və əlbəyəxa döyüş növləri üzrə dünya çempionu Bəxtiyar Abbasov öncə qaçdı. Təqaüdçü-aqronom Murad Quliyev, şaolin döyüş sənəti üzrə məşqçi-müəllim Elvin Səfərov, sahibkar Əbülfət Hüseynov, ictimai fəallar Müşfiq Hüseynov və Davud Tahirov, informasiya təhlükəsizliyi üzrə menecer Babək Hüseynov, əmtəəşünas Fərhad Tahirov, Bakı 2015-in rəsmi tərəfdaşı “Nar Mobile”ın nümayəndəsi Ruslan Hüseynov, bədən tərbiyəsi və idman müəllimi Taleh Mirzəyev davam etdirdilər. Son məşəlçi pankration və döyüş sambosu üzrə dünya çempionu, GEFC Qarışıq Təkbətək Döyüşlər Beynəlxalq Liqasının vitse-prezidenti Şəhriyar Abbasov Bayraq meydanında quraşdırılmış səhnəyə qalxaraq, Bakı 2015-in rəmzi çırağını alovlandırdı. Orta məktəbin 11-ci sinif Aytac Rüstəmli çırağı ictimaiyyətə təqdim etdi.

Məşəlçi Şəhriyar Abbasov ürək sözlərini belə ifadə etdi: “Məşəl estafetinin Xocavəndə gətirilməsinə, bu böyük idman sevincinin tərkib hissəsi olmağımıza görə sevinirik və hədsiz qürur hissi duyuruq. Beləcə, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə biz də tarixə xüsusi sətirlə düşdük. Bu böyük sevinci bizə bəxş etdiyi üçün ölkə başçısı cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk. Çünki məhz onun düzgün iqtisadi və siyasi kursunun nəticəsidir ki, bu gün Avropanın belə böyük bir idman tədbirini təşkil etmək Azərbaycana həvalə olunur. Bu bayram münasibətilə hər kəsi təbrik edirəm və idmançılarımıza uğurlar arzulayıram”.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Məşəl estafeti sabah, mayın 10-da Ağcabədiyə səyahətini başa vurduqdan sonra Ağdam rayonunun Quzanlı qəsəbəsində davam edəcək və orada möhtəşəm Alov Festivalı ilə daha bir günə yekun vurulacaq.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.