9 may 2015 21:00

Bakı-2015 Olimpiya Stadionunda uğurlu hazırlıq tədbiri həyata keçirir

Bu gün, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK), ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə, eləcə də, atletika idmanı üzrə yarışlara ev sahibliyi edəcək, yeni tikilmiş Bakı Olimpiya Stadionunda uğurlu hazırlıq tədbiri həyata keçirib. Azerisport.az xəbər verir ki, bu tədbir, əməliyyatların hazırlığını təmin etmək və açılış mərasimindən öncə komandalara Oyunlar zamanı keçiriləcək əməliyyatların ab-havasını yaşatmaq məqsədiləBakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin son aylarda keçirdiyi genişmiqyaslı təlim proqramının və sınaq tədbirlərinin bir hissəsini təşkil edir.

Tədbirdə Bakı 2015-in Alovqoruyanları, BAOƏK-in işçi heyəti də daxil olmaqla 15000 nəfər iştirak etdi. Bu tədbir, şəhər boyunca nəqliyyat sistemini, tamaşaçıların və VIP qonaqların hərəkətini, bilet sistemini, təhlükəsizlik tədbirlərini və Oyunların ümumi təşkilatçılığını yoxlamaq üçün imkan yaratdı.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq bildirdi: “Bu tədbiri həyata keçirməklə Alovqoruyanlar üçün Bakı Olimpiya Stadionu ilə yaxından tanış olmaq şansı yaratdıq. Bununla da, onlara Birinci Avropa Oyunlarının ərsəyə gətirilməsində verəcəkləri mühüm töhvəyə görə təşəkkür etmək istəyirik. Eyni zamanda, bu tədbir gələn ay dünya səviyyəli idman Oyunları gerçəkləşdirmək üçün tam hazır olduğumuzu sübut edərək əməliyyatlar nöqteyi nəzərindən də çox faydalı oldu.”

Həmçinin, tədbir iştirakçılarına müğənni Tünzalə Ağayeva da daxil olmaq Bakı 2015-in Ulduz elçilərinin çıxışlarından ibarət əyləncəli proqram da təqdim olundu. Tünzalə Ağayeva, xüsusi olaraq Bakı 2015 ilk Avropa Oyunları üçün bəstələnmiş “Bakımın üzü gülür” adlı mahnını ifa etdi.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyat imkanları və hazırlıq şöbəsinin direktoru cənab Qeyvn MakAlpayn isə bunları əlavə etdi: “Bu kimi tədbirlər, Oyunlardan öncə təşkilat daxilində və tərəfdaşlarımızla səriştə və inamın yaradılmasına kömək edir.

“Dünya səviyyəli tədbir həyata keçirmək məqsədilə insanlar üçün imkanlar yaratmaq, daha öncə belə böyük miqyaslı tədbir həyata keçirməyən ev sahibi ölkəmiz üçün Oyunların dəyərli mirası olacaq. Gələn ay, bütün dünyanın diqqəti Bakıya yönələcək və hazırlıqlarımız, Azərbaycanın peşəkarlığını Avropadan və dünyanın digər ölkələrindən gəlmiş qonaqlara nümayiş etdirməkdə yardımçı olacaq.

“Qısa zaman çərçivəsində - Oyunlara 34 gün qaldığı bir vaxtda,böyük nəticələrə nail olmağımıztəqdirəlayiq məqamdır. Biz, gənc peşəkarlar nəslinin yetişməsi üçün cığır açan Oyunlar Akademiyasını yaratdıq. Bakı Oyunlara ev sahibli edəcək ölkə kimi seçilən zaman bu gənclərin bir çoxu ali təhsillərini davam etdirirdilər, lakin indi ilk Avropa Oyunlarının təşkilatçılığında çox mühüm rol oynayırlar".

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.