7 may 2015 17:00

Bakı-2015 Olimpiya Stadionunu sınaqdan keçirir

Bakı 2015, iyunun 12-də start götürəcək Avropa Oyunlarından öncə, bazar günü, mayın 9-da Olimpiya Stadionunun hazırlıq vəziyyətini sınaqdan keçirəcək. Azerisport.az xəbər verir ki, ictimaiyyət üçün qapalı olan tədbir, son həftələrdə arenalarda baş tutmuş oxşar təşəbbüslərin sonuncusudur.

Mayın 9-da saat 12:00-dan 19:00-a qədər Bakı Olimpiya Stadionuna yaxın ərazilərə getmək istəyən və ya bu zonada ictimai nəqliyyatdan istifadə edəcək sakinlərin nəzərinə çatdırırıq ki, həmin saatlarda bu ərazidən keçən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bununla əlaqədar olaraq, avtobus və metro nəqliyyatında sərnişinlərin sayının artacağı gözlənilir.

9 may tarixdə və Bakı 2015 Avropa Oyunları zamanı, şəhərdaxili nəqliyyatın hərəkət planı barədə ən son məlumatları aşağıdakı mənbələrdən əldə edə bilərsiniz:

* Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə;

* Nəqliyyat Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifələri;

* Radio, rəsmi internet və facebook səhifələri də daxil olmaqla NİİM-in əlaqə kanalları.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.