6 may 2015 13:30

Bakı-2015 Avropa Oyunlarından əvvəl nəqliyyat konfransına ev sahibliyi edir

Ötən gün, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK), tərəfdaş şirkətləri, nazirlikləri və digər müvafiq hökumət qurumlarını iyunun 12-də başlayacaq, Oyunlar zamanı, tətbiq olunacaq nəqliyyat planı ilə yaxından tanış etmək məqsədilə, konfrans təşkil etdi. Azerisport.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Metropoliteni, Nəqliyyat Nazirliyi, NİİM və Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə təşkil olunan konfrans, BAOƏK-in Bakı şəhərinin nəqliyyat sisteminə məsul qurumlarla əməkdaşlığını inkişaf etdirmək və paytaxt əhalisinin, fəaliyyət göstərən şirkətlərin Oyunlar zamanı tətbiq ediləcək nəqliyyat planı haqqında məlumatlandırılmasını təmin etmək məqsədi daşıyırdı.

Nəqliyyat məsələləri üzrə konfransdan sonra, açıqlama verən BAOƏK-in dövlət qurumları ilə inteqrasiya və nəqliyyat əməliyyatları şöbəsinin müdiri Vüsal Rəcəbli bildirdi: “Bizim məqsədimiz, Oyunlar zamanı nəqliyyat sisteminin təhlükəsiz, rahat və səmərəli hərəkətini, eləcə də, Bakı sakinlərinin rahatlığına, təşkilatların normal fəaliyyətinə təsirin daha az olmasını təmin etmək üçün aidiyyəti nəqliyyat qurumları ilə birgə çalışmaqdır.

Bakının işgüzar dairələrindən aldığımız rəylər bizi məmnun edir və Oyunlar zamanı şəhərdə necə səyahət etmək barədə hər kəsin məlumatlı olduğunu təmin etmək məqsədilə, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi, NİİM, Bakı Metropoliteni və Nəqliyyat Nazirliyi ilə bundan sonra da əməkdaşlığı davam etdirəcəyimizə ümid edirik.

Dünən, Nəqliyyat Nazirliyi Oyunlara qatılacaq tamaşaçılara müraciət etdi ki, arenalara getmək üçün şəxsi öz şəxsi avtomobilləri əvəzinə, Bakı şəhəri üzrə fəaliyyət göstərəcək təkmilləşdirilmiş ictimai nəqliyyat xidmətindən istifadə etsinlər”.

Bakı Metropoliteni, artan tələbatı təmin etmək üçün hər gün 19 saat - səhər saat 06:00-dan gecə saat 01:00-a qədər xidmət göstərəcək. Onu da qeyd edək ki, yarışlarda iştirak etmək üçün etibarlı bileti olan tamaşaçılar şəxsi avtomobillərini Bakının mərkəzi hissəsində yerləşən 2 avtodayanacaqda 1 AZN ödəməklə saxlaya və oradan yeni, ətraf mühitə zərər vurmayan xüsusi ekspres avtobuslarla yarış arenalarına gedə biləcəklər.

Bu ekspres avtobuslar Oyunların genişləndirilmiş marşrut sistemindən istifadəni mümkün edəcək. Bu sistem, şəhər boyunca, bütün Bakı 2015 arenalarını birləşdirəcək və tamaşaçıların, həmçinin, idmançıların idman arenalarına tez və səmərəli şəkildə çatmasını təmin etmək üçün hazırlanıb.

Bakı 2015 Avropa Oyunları zamanı ən son məlumatları əldə etmək üçün aşağıdakı mənbələrə istinad etməyiniz xahiş olunur:

- Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsini yığaraq əlaqə saxlamaq olar.

- Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifələri.

- Radio, internet səhifəsi və rəsmi facebook səhifəsi də daxil olmaqla, NİİM-in əlaqə kanalları.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.