6 may 2015 11:00

Azad Rəhimov Avropa idman gecəsində Bakı-2015-ə hazırlıq haqda danışacaq

6 may 2015-ci il tarixdə Belçikada “Avropa idman gecəsi” adı altında böyük idman tədbiri keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq sayca 4-cü dəfə keçirilən və Avropa Olimpiya Komitəsinin Avropa İttifaqı Ofisinin təşkil etdiyi gecədə nazir Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Avropa Parlamentinin prezidenti Martin Şults, Hessen Ştatının Daxili və İdman naziri Peter Beuth, Hessen Ştatının Federal və Avropa İşləri naziri Lucia Puttrich və digər ölkələrin idman nazirləri və federasiya rəhbərləri iştirak edəcək.

“Avropa idman gecəsi” nin keçirilməsində əsas məqsəd idmanda yeniliklərin əldə olunması, federasiyalar və Avropa Olimpiya Komitələri arasındakı əlaqələrin möhkəmləndirilməsi və idmanda narahatlıqlar doğuran bir sıra problemlərin aradan qaldırılmasıdır.

 Tədbir zamanı plenar icalsların keçirilməsi və 200-dən artıq qonağın iştirakı ilə bir sıra müzakirələrin aparılması da nəzərdə tutulur.

“Bakı 2015 Avropa oyunları: 5 həftə qalmış” bölümündə nazir Azad Rəhimov tədbir iştirakçılarına Azərbaycanda idman sahəsində görülən işlər, əldə olunan nailiyyətlər haqda məlumat verəcək. 20 dəqiqəlik çıxışında eyni zamanda Azad Rəhimov Bakı 2015 Avropa oyunlarına hazırlıq, bu sahədə görülən işlər, açılan idman qurğuları, keçirilən tədbirlər və digər məlumatları da qonaqların diqqətinə çatdıracaq. 

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.