4 may 2015 19:45

Bakı-2015 triatlon üzrə ilk tarixi yarışa ev sahibliyi edir

İyunun 12-də başlanacaq Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə, Bakı2015 Bilgəh çimərliyində, mayın 2-də triatlon idmanı üzrə ilk yarış təşkil olunub. Azerisport.az xəbər verir ki, 13 idmançının mübarizə apardığı yarış Bakı 2015 və Azərbaycan Triatlon Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Qeyd edək ki, Azərbaycan Triatlon Federasiyası 2013-cü ildə, Bakı şəhəri Birinci Avropa Oyunlarının ev sahibi seçiləndən bir neçə ay sonra təsis olunub.

Turnirin təşkili ilə bağlı həm iştirakçılar, həm də Avropa Triatlon Birliyinin (ATB) texniki nümayəndələri müsbət rəy veriblər. ATB-in texniki nümayəndəsi Xorxe Qarsiya bu xüsusda bildirib: “Yarış yüksək səviyyədə keçirildi. Arena isə möhtəşəmdir. Həm əsas yarışlardan əvvəl bununla bağlı bütün detalları sınaqdan keçirmək imkanımız olduğu üçün, həm də nəticədən məmnunuq. Artıq Bakı 2015 Avropa Oyunları çərçivəsində triatlon yarışlarının keçiriləcəyi günü səbirsizliklə gözləyirik".

Bakı 2015-in idman şöbəsinin direktoru Pirs O’Kallaqan bunları əlavə edib: “Triatlon Azərbaycan üçün yeni, lakin inkişaf edən idman növüdür və Avropa Oyunları ərəfəsində bu yarış bizi maraqlandıran bütün məsələlərə dair hazırlığı yoxlamağa, sınaqdan keçirməyə şərait yaratdı. Təchizat və loqistikadan tutmuş nəqliyyata və tibbi yardıma qədər bütün məsələlərə dair hazırlığın plana uyğun aparıldığını qətiyyətlə qeyd edə bilərəm. Bilgəh çimərliyində yarışın keçirilməsi üçün gözəl şərait yaradılmışdı və Bakı 2015-in ən diqqətçəkən yarışlarından birinin triatlon olacağına əminəm".

Bakı 2015 Avropa Oyunlarının triatlon yarışları iyunun 13-14-də Bilgəh çimərliyində təşkil olunacaq. 65-i kişi və bir o qədəri də qadın olmaqla, cəmi 130 idmançı mübarizəyə qoşulacaq. Qadınların mübarizəsi iyunun 13-nə, kişilərin isə iyunun 14-nə nəzərdə tutulub. Qaliblər Birinci Avropa Oyunlarının çempionu adını qazanmaqla yanaşı, təmsil etdiyi milli olimpiya komitəsinin 2016-cı il Rio de Janyero Yay Olimpiya Oyunlarında iştirakını təmin etmiş olacaq.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.