2 may 2015 18:30

Bakının London taksiləri Avropa Oyunlarının brendinə uyğun yeni dizayna bürünür

İyunun 12-dən 28-dək keçiriləcək Bakı 2015 Birinci Avropa Oyunlarının biletlərinin satışını təbliğ etmək məqsədilə, Bakının məşhur çəhrayı taksiləri yenidən dizayn olunub. Azerisport.az xəbər verir ki, beynəlxalq aləmdə Bakının rəmzi kimi tanınan 250-dən çox “London taksi”lərini qarşıdakı həftələrdə şəhərin hər bir yerində görə biləcəyik.

Azərbaycan, tarixinin ən böyük idman tədbirinə ev sahibliyi etmək üçün hazırlıqları davam etdirdiyi bir vaxtda, bu taksilər Bakı 2015-ə diqqəti bir qədər də artıraraq və ona marağın artmasına səbəb olacaq.

Yeni dizayn olunmuş taksilər haqqında danışan, Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq deyib: “London üslublu bu taksilər Bakının rəmzlərindən birinə çevrilib və onların iyunun 12-də start götürəcək Avropa Oyunlarının təbliğatında iştirakına yalnız məmnun ola bilərik".

Bilet satışının indiyədək olan vəziyyətindən də məmnunuq. Oyunları izləmək və Azərbaycan komandasını dəstəkləmək üçün xeyli sayda insanın tribunalarda görmək bizi xüsusilə sevindirir”.

Açılış və bağlanış mərasimləri də daxil olmaqla bütün yarışlar üçün biletləri www.baku2015.com saytından onlayn qaydada və ya Bakının müxtəlif yerlərindəki bilet satış məntəqələrindən almaq olar. Bilet satışı haqqında ətraflı məlumatı Bakı 2015-in rəsmi internet səhifəsindən, yaxud 2015 telefon nömrəsinə zəng etməklə tamaşaçı məlumat mərkəzindən əldə etmək mümkündür. Yaşı 16-dan aşağı olan yeniyetmələr və uşaqlar, əlində arenalara giriş üçün etibarlı bileti olan böyüklərin müşayiəti ilə, əksər yarışları izləmək üçün pulsuz giriş hüququna malik olacaqlar.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.