1 may 2015 16:00

Avropa Oyunlarının Avropa və Mərkəzi Asiyada nümayiş olunmasını təmin edəcək yeni sazişlərə imza atılıb

Bakı 2015 bu yay 12-28 iyun tarixlərində keçiriləcək birinci Avropa Oyunlarının Avropa və Mərkəzi Asiyada nümayişini təmin edəcək sazişlərə imza atıb. Azerisport.az xəbər verir ki, aşağıda adları çəkilən kanallarla bu yaxınlarda sazişlər bağlanıb:

* NOS – Hollandiyanın Olimpiya Oyunlarını yayımlamaq hüququna malikolan və ödənişsiz ictimai yayım şirkəti

* “DIGISport” kanalı ilə birlikde Çexiya televiziyası da Çex Respublikasındakı milyonlarla izləyici üçün Avropa Oyunlarının hər gün geniş şəkildə yayımını həyata keçirəcək.

* TV6 – BAOƏK, Avropa Oyunlarının TV6 kanalında ödənişsiz yayımlanması üçün Bakı 2015 Modern Times Group-un bir hissəsi olan TV6 kanalına lisenziya vermək barədə Litva Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq edir

* ORF – Avstriyanın ictimai yayım şirkəti Oyunların eksklüziv yayım hüququna malikdir və ORF Sport Plus kanalı vasitəsilə hər gün Oyunların əsas məqamlarından ibarət 60 dəqiqəlik veriliş təqdim edəcək.

* Setanta Sports Eurasia – Türkmənistanda və Özbəkistanda müstəsna televiziya hüquqları əldə etmişdir

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq dünyaca Londonda məşhur “Dorchester” otelində Bakı 2015 Avropa Oyunlarının şərəfinə keçirilmiş və Azərbaycanın Birləşmiş Krallıqdakı səfirinin bu həftənin əvvəlində ev sahibliyi etdiyi möhtəşəm gecədə yuxarıda adı çəkilən altı yeni yayım tərəfdaşları ilə imzalanmış sazişlərdən əlavə, Oyunları televiziya vasitəsilə izləyəcək auditoriyanın miqyası barədə də qısa məlumat vermək şərəfinə nail olmuşdur.

Cənab Kleq söyləyib: “Son bağlanmış televiziya sazişləri, bu yay Bakıda gerçəkləşdiriləcək Bakı 2015 Avropa Oyunlarına Avropada və onun hüdudlarından kənarda göstərilən marağı əks etdirir.”

“Avropa üzrə bağladığımız yayım sazişləri, Avropanın 32 ölkəsində Oyunları cəmi 75% olmaqla, 225 milyondan çox ailənin izləyə biləcəyi anlamına gəlir. Dünyanın müxtəlif telekanalları ilə bağladığımız sazişlər, ilk Avropa Oyunlarının həqiqətən beynəlxalq tamaşaçı kütləsi tərəfindən seyr ediləcəyinə zəmanət verir.”

Bakı 2015 tərəfindən bağlanmış bu son sazişlər sayəsində yarışlar Avropanın bütün guşələrində və bütün dünyada yayımlanacaq. Birləşmiş Ştatlar, Kanada, Avstraliya, Çin, Honq Konq, Hindistan, Latın Amerikası və Ərəb Dünyası, Şimali Afrika ilə sazişlər imzalanıb.

Hollandiya Milli Olimpiya Komitəsinin prezidenti cənab Andre Bolhis dedi: “NOS-un Birinci Avropa Oyunlarını yayımlacağı və Bakıda mübarizə aparan idmançılarımızı dəstəkləyə biləcəyimiz xəbəri Holland idmanı üçün möhtəşəm xəbərdir. Hollandlar idmanı sevirlər və Bakı 2015 Avropa Oyunları zamanı NOS-un həyata keçirdiyi yayım vasitəsilə izləyicilərin mübarizəyə qoşulan idmançılarımızı dəstəkləyəcəyinə əminəm.

“Digər tərəfdən, 2019-cu ildə növbəti Avropa Oyunlarına ev sahibliyi etmək istədiyimizi nəzərə alsaq, xalqımızın Oyunlarla tanışlığı bizim üçün önəmli məsələlərdəndir.”

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.