1 may 2015 15:00

Bakı 2015 və AZAL ilk Şanslı qalibin adını açıqladı

Bakı 2015 və rəsmi tərəfdaşı Azərbaycan Hava Yolları xanım Ofeliya Abdullayevanın Avropa Oyunlarının ilk Şanslı qalibi olduğunu açıqladılar. Azerisport.az xəbər verir ki, bilet nömrəsi püşkatma ilə seçilmiş Xanım Abdullayeva AZAL tərəfindən NyuYork şəhərinə iki nəfərlik biznes klas, gediş-gəliş uçuş bileti və 1500 AZN məbləğində cib xərcliyi qazandı.

Bakı 2015-in Şanslı qalib kampaniyası onlayn bilet alan yerli tamaşaçılar üçün rəsmi tərəfdaşların təqdim etdiyi xüsusi hədiyyələr üçün keçirilir. Növbəti qaliblər P&G-dan illik məhsul tədarükü, Nar Mobile-dan ömürlük danışıq paketi və Tissotun xüsusi hazırladığı, kişi və qadın saatlarını əldə edəcəklər. Bütün mükafatlara Bakı 2015 Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə iki yerlik bilet də daxildir.

Şanslı qalib, Xanım Abdullayeva sevincini bölüşərək dedi: "Şanslı qalib hədiyyəsini qazanmaq həyata keçmiş arzu deməkdir. Nyu Yorka səyahət etmək imkanı insana həyatda bir dəfə verilən şans kimidir. Lakin bundan öncə,  Birinci Avropa Oyunları və mərasimləri bizi gözləyir. Mən, AZAL və Bakı 2015-ə təşəkkürümü bildirirəm".

Azərbaycan Hava Yolları QSC-nın prezidenti Cahangir Əsgərov bildirdi: "Azərbaycan Hava Yolları Birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olmaq və açılış mərasimindən də əvvəl öz rolunu oynamaq istəyir. Biz, qalibin NyuYork şəhərinə səyahətdən və Bakı 2015 mərasimlərində iştirakdan məmnun qalaraq, Azərbaycan üçün bu tarixi anın əhəmiyyətini daha da artıracağına əminik.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Şanslı qalib kampaniyasının ilk nəticəsi barədə bunları deyib: "Mən, Xanım Abdullayevanı 2015-in ilk Şanslı qalibi olması münasibətilə təbrik etmək istəyirəm. Bu təbliğat, Bakı 2015 möcüzəsini Oyunlar başlamazdan əvvəl tamaşaçılara çatdırır və biz, Azərbaycan Hava Yollarına bu ilk tədbirə ictimaiyyətin cəlb olunması üçün göstərdiyi davamlı dəstəyə görə minnətdarlığımızı bildiririk".

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.