1 may 2015 00:40

Azad Rəhimovla Saymon Kleq Bakı- 2015 uniformalarını götürdü

Azərbaycan Respublikasının gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru cənab Azad Rəhimov və BAOƏK-nin əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq, Birinci Avropa Oyunları üçün öz uniformalarını və akreditasiya kartlarını götürdülər. Azerisport.az xəbər verir ki, Bakı 2015-in Uniformaların paylanması və Akreditasiya Mərkəzində olan nazir Azad Rəhimov 12-28 iyun 2015-ci il tarixlərində Bakıda keçiriləcək Avropa Oyunları üçün öz uniforma və akreditasiyasını götürdü.

Uniformalar, Oyunların uniforma təchizatçısı “Giltex” şirkəti tərəfindən istehsal olunur. “Giltex” şirkəti, Bakı 2015 üçün ümumilikdə 110 000 ədəd olmaqla, 7 növdə uniforma istehsal edəcək. Alov Qoruyanlar da daxil olmaqla BAOƏK-nin bütün işçi heyəti, növbəti həftələr ərzində Avropa Oyunları zamanı geyinmək üçün öz uniformalarını əldə edə biləcəklər.

Cənab Azad Rəhimov bildirdi: “Bakı 2015, Azərbaycanın bu günə qədər ev sahibliyi etdiyi ən böyük beynəlxalq çoxnövlü idman tədbiridir. Beynəlxalq idman aləminin diqqəti Bakıya yönələcək və işçi heyətimizin və könüllülərimizin öz uniformalarını qürurla geyəcəklərindən şühbəm yoxdur. Onlar, ölkəmizi və onun qonaqpərvərliyini ən yaxşı şəkildə nümayiş etdirəcəklər”.

Cənab Saymon Kleq isə bunları dedi: “Birinci Avropa Oyunları Azərbaycan üçün tarixi hadisəyə çevriləcək və mən, dünya səviyyəli tədbiri gerçəkləşdirmək üçün hazırlıq işlərinin plana uyğun davam etməsindən məmnunluğumu bildirirəm. Uniforma və akreditasiyaların artıq təqdim olunması, bizi möhtəşəm idman bayramı üçün bütün əməliyyatların tam hazır olmasına bir addım daha yaxınlaşdırır”.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.