29 aprel 2015 18:30

Piasecki Norveçin Bakı 2015 komandasına rəhbərlik edir

Qılıncoynadan Bartosz Piasecki və Olimpiya atıcılarından ibarət güclü qrup Bakı 2015-də Norveç adından çıxış edəcəklər. Azerisport.az xəbər verir ki, Piasecki, London 2012 şpaqa üzrə kişilər arasında keçirilmiş yarışda qalib gəlib və gümüş medal qazanıb. O, Bakı 2015 Avropa Oyunlarında iştirak üçün Norveç Olimpiya Şurasının təyin etdiyi 57 idmançıdan biridir. 

Piasecki ilə yanaşı qrupa daxil olanlar digər idman növləri üzrə istedadlı və uğurlu gənclər, həmçinin keçmiş Olimpiya atıcılarıdır. Bakı 2015 iştirak edəcək səkkiz atıcıdan yeddisi əvvəlki yarışlarda ən azı bir Olimpiya Oyunlarında mübarizə aparmış idmançılardır.

Tüfənglə 3 mövqedən atış üzrə 2013 Avropa çempionu Malin Vesterheim, həmçinin Ole Magnus Bakken, Odd Arne Brekne və Ole-Kristian Bryhn London 2012-də iştirak ediblər.

Are Hansen həm Pekin 2008, həm də London 2012-də yarışıb. 44 yaşlı Tore Brovold Pekin 2008-də stend atıcılığı üzrə gümüş medal qazanıb. 52 yaşlı  Pal Hembre isə Atlanta 1996 mübarizə aparıb.

Stian Bogar Olimpiya Oyununda iştirak etməyən Norveç komandasının yeganə atıcısıdır. Bakıdakı Norveç komandasına London 2012-də bayraq daşıyan, avarçəkmə üzrə  yarışmış Mira Veras Larsen daxildir.

Stig Andre Berge Yunan-Roma güləşi üzrə iki Olimpiya oyununda mübarizə aparmış idmançıdır.  Digər güləşçi isə Grace Bullendir. O, Nanjing 2014 Yeniyetmələrin Olimpiya Oyununda 60 kq çəki üzrə qızıl medalın sahibidir.

Velosiped idmanı yarışında Sven Erik Bystrom mübarizə aparacaq. O da 2014 Dünya Yeniyetmələr Çempionatında şosse yarışının qızıl medal sahibidir. Tore Navrestad isə 2013 Avropa BMX Çempionatının gümüş medalçısıdır.

İki oxatandan biri Bard Nestengdir. O, 2000 və 2012 Olimpiya Oyunlarında və eyni zamanda Line Blomen Ridderstromda mübarizə aparıb. O, 2000-ci ildə keçirilmiş Wenche-Lin Hess yarışından sonra kamandan oxatma üzrə Olimpiya Oyunlarında qalib gəlmiş ilk norveçli qadın idmançıdır.

Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək Norveç komandasının üzvləri:

Kamandan oxatma: Line Blomen Ridderstrom, Christoffer Furnes, Paul Andre Hagen, Bard Nesteng Çimərlik voleybolu: Oivind Hordvik, Morten Kvamsdal, Victoria Faye Kjolberg, Janne Kongshavn Hordvik

Boks: Salavat Ruslanovitsj Khatuev

Avarçəkmə: Mira Veras Larsen, Daniel Salbu

Velosiped idmanı: Miriam Bjornsrud (şosse yarışı), Reidar Bohlin Borgersen (şosse yarışı və zamana qarşı yarış), Sven Erik Bystrom (şosse yarışı), Odd Christian Eiking (şosse yarışı), Cecilie Gotaas Johnsen (şosse yarışı və zamana qarşı yarış), Truls Engen Korsæth (şosse yarışı və zamana qarşı yarış), Kristoffer Morlandsto Skjerping (şosse yarışı), Sondre Kristiansen (dağ velosipedi idmanı), Tore Navrestad (BMX)

Suya tullanma: Julie Synnove Thorsen, Anne Vilde Tuxen

Qılıncoynatma: Bartosz Piasecki

Gimnastika (komanda): Sofie Brathen, Pietro Oliver Giachino, Marcus Konradi, Dina Nygaard, Stian Skjerahaug, Martine Rustoen Skregelid

Karate: Bettina Alstadsæther

Atıcılıq: Ole Magnus Bakken (tüfəng), Stian Bogar (tüfəng), Odd Arne Brekne (tüfəng), Ole-Kristian Bryhn (tüfəng), Are Hansen (tüfəng), Malin Vesterheim (tüfəng), Tore Brovold (stend atıcılığı), Pal Hembre (tapanca)

Üzgüçülük: Eivind Bjelland, Sigurd Holten Boen, Ariel Braathen, Ole-Mikal Flogstad, Erik Arsland Gidskehaug, Marte Lovberg, Marius Solaat Rodland, Mads Henry Steinland

Taekvando: Richard Ordemann, Tina Roe Skaar

Triatlon: Kristian Blummenfelt, Gustav Iden, Lotte Miller

Güləş: Felix Baldauf,  Stig Andre Berge, Grace Bullen, Petter Karlsen, Marius Thommesen, Rasmus Tjorstad

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.