29 aprel 2015 12:45

Bakı 2015 yeni Veloparkda BMX sınaq yarışını uğurla həyata keçirdi

Ayın əvvəlində boks və güləş üzrə “Bakı hazırlaşır” adlı proqramın yarışlarının uğurunun ardınca, ötən həftə sonu, Bakı 2015 Avropa Oyunları BMX Veloparkında sınaq yarışları həyata keçirdilər. Azerisport.az xəbər verir ki, sınaq yarışları, Azərbaycan Velosiped İdmanı Federasiyasının təchizat və nəqliyyat dəstəyi, Bakı 2015-in rəsmi dəstəkçisi Red Bullla əməkdaşlıq şəklində gerçəkləşdirildi.

BMX Veloparkı, xüsusi olaraq, Bakı 2015 Avropa Oyunları üçün tikilmiş daimi idman arenasıdır və növbəti illərdə BMX yolu ölkə və Azərbaycan Velosiped İdmanı Federasiyası üçün Oyunlardan qalan mirasın bir hissəsini təşkil edəcək. Bakı şəhərinin mərkəzinə yaxın yerləşən Velopark Qərb qrupuna daxildir və 1000 nəfərlik tamaşaçı tutumuna malikdir.

Cənab Pirs O`Kallaqan, Bakı 2015 İdman üzrə Direktoru bildirdi: “Bu sınaq yarışı hazırlıqlarımızın yekunlaşdırılması üçün çox vacib idi. Çoxsaylıirihəcmli sınaq yarışlarının keçirilməsinin vacib hesab olunduğu Olimpiya Oyunlarından fərqli olaraq, biz  artıq keçirdiyimiz altı əsas sınaq yarışlarına yekun vurmaqla kiçik ölçülü sınaq yarışları vasitəsilə hazırlılıq səviyyəmizi yoxladıq.

“Bu, bizə diqqətimizi yarışlar üzərində cəmləməklə ayrı-ayrı idman növləri üzrə resurslardan ən səmərəli şəkildə istifadə edərək sınaq yarışları keçirtməyin vacibliyini xatırlatdı.  Ilk Avropa Oyunlarının təşkilatçısı olmaq gözəl hissdir və biz, uyğun hesab etdiyimiz qaydada yeniliklər etməkdə sərbəstik. Hazırlıqlarımız üçün düzgün balansı yaratdığımıza və gələcək ev sahibi ölkələr üçün etibarlı model yaratdığımıza inanırıq".

Bakı 2015-də BMX Velosiped sürmə yarışlarında BMX Veloparkın xarici yolunda 32 kişi və 16 qadın iştirak edəcəkdir. Qadın və kişilərin Rio 2016 Yay Olimpiya Oyunlarına reytinq balı təklif edən final yarışları 28 iyunda baş tutacaq.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.