28 aprel 2015 18:00

Olimpiya medalçısı Rene Holten Poulsen Bakı-2015 hədəflərindən danışıb

Bakı 2015-də mübarizəyə qoşulmaq üçün son hazırlıqlara başlamış, olimpiya oyunlarının gümüş mükafatçısı və dünya çempionu danimarkalı avarçəkən Rene Holten Poulsen onu yarışlara ruhlandıran amillərdən bəhs edib. Azerisport.az xəbər verir ki, Rene Holten Poulsen Pekin 2008 Yay Olimpiya Oyunlarının gümüş və elə həmin il Avropa çempionatının qızıl medallarına sahib çıxaraq məşhurlaşarkən, 19 yaşında idi. O, 2014-cü ildə, biri qızıl olmaqla, dünya çempionatının 3 medalını qazanıb, Avropa çempionatında isə ötən illər ərzində ümumulikdə 12 dəfə fəxri kürsüyə yüksəlib.

Peşəkar idmançı Rene Holten Pulsen deyir: “Qələbə qazanmaq, yaxşıların yaxşısı olmaq üçün 100 deyil, 101 faiz hazır olmaq lazımdır. Cüzi də olsa, yaranan bu əlavə imkan məni mübarizəyə ruhlandıran əsas amildir.

26 yaşlı idmançı əlavə edir ki, iyunun 14-də, Bakı 2015-in avarçəkmə yarışları başlayanda, onun yeganə məqsədi qələbə olacaq. “Bu yarış Avropa tarixinin ilk Oyunları olacaq və onun çempionu olmaq üçün bütün səylərimi səfərbər edəcəyəm. Ümumiyyətlə, təbiətim belədir: daim mükəmməlliyə can atmağa çalışıram”.

Avarçəkmə üzrə yarışlar iyunun 14-dən başlayaraq, 3 gün ərzində Mingəçevirdə keçiriləcək. Avropanın müxtəlif ölkələrində 350 idmançı 15 medal uğrunda avarçəkmə yarışlarında mübarizə aparacaq.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.