28 aprel 2015 17:00

Lik Vevers Bakı-2015-də iştirak etmək uğrunda ilk addımını atıb

Hollandiyalı idman gimnastı Liek Vevers Bakı 2015 üçün keçirilmiş birinci təsnifat yarışında qələbə qazanıb. Azerisport.az xəbər verir ki, Vevers Amsterdamda keçirilmiş Hollandiyanın idman gimnastika üzrə milli təsnifat mərhələsində 54.883 xal toplayaraq ən yüksək yerə çıxıb. Lisa Top 53.133 xal qazanıb, Selin van Gerner isə 53.034 xala yiyələnib.

Oldenzallı Vevers gimnastika tirində (13.800) və sərbəst hərəkətlərdə (14.033) ən yüksək xal toplayıb. O, müxtəlif hündürlüklü qollar üzərində ikinci, dayaqla tullanmada isə beşinci oldu. Van Qerner müxtəlif hündürlüklü qollarda ən yüksək nəticə göstərdiyi halda, dayaqla tullanmada ən yaxşı nəticəni isə Vevers göstərdi.

Amsterdamdakı idman tədbiri Hollandiyanın Bakı 2015-a göndərəcəyi komandanın iki təsnifat mərhələsindən birincisi idi. İkinci təsnifat mərhələsi aprelin 30-da keçiriləcək. Həmin tədbirdə Vevers Bakı 2015-də Hollandiyanın üç qadın idmançısının seçimi uğrunda van Qerner, Top, Lik Vera van Pol, Maartje Ruiks, Dana de Qrut və Tişa Vollemanla yarışacaq.

Vevers İnstaqram sosial şəbəkəsindəki öz səhifəsində bunları yazıb: "Avropa Oyunlarının təsnifat mərhələsində 1-ci yerə layiq olmaq və ən yüksək xalı qazanmağıma görə (54.883) görə bu nəticədən özümü çox xoşbəxt hiss edirəm, mən bu yarışı həqiqətən də çox sevdim. İndi bu rahat və sevinc dolu andan sonra sabah Cümə axşamı 2-ci kvalifikasiya uğrunda keçiriləcək görüş barədə fikirləşirəm. Bu performansı da yaxşı sərgiləmək vacibdir!"

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.