28 aprel 2015 16:45

Bakı 2015-də iştirak edəcək Cenkins yeddinci yerə yüksəlib

Britaniyalı idmançı Helen Cenkins idmana qayıdışını Keyp Taunda keçirilmiş triatlon yarışını 7-ci yerdə bitirməklə qeyd edib. Azerisport.az xəbər verir ki, İTU üzrə ikiqat dünya çempionu və ikiqat Olimpiya çempionu Cenkins Cənubi Afrikada Dünya Triatlon Seriyasında yarışmazdan əvvəl doqquz ay yarışlardan kənar qalmışdı. Qadınlar arasında keçirilmiş yarışı həmyerlisi Viki Holland Cenkinsdən 19 saniyə əvvəl, yəni 1 saat 49 dəqiqə 51 saniyəyə başa vurdu.

Cenkins Tvitterdə bunları yazıb: “Bu gün yenidən yarışa qatıldığıma görə çox məmnunam! Həqiqətən də geri qayıdana kimi, nə qədər darıxdığını insan təsəvvür edə bilmir”.

2008 və 2011-ci illərdə İTU üzrə dünya titulunu qazanmış bu 31 yaşlı idmançı əvvəllər dabaq fasiti, sonralar isə ayaq problemindən əziyyət çəkmişdi. O həm də dörd həftə ərzində qrip və kürək problemi səbəbindən də narahatlıq keçirmişdi.

Cenkins Bakı 2015-də yarışmaq üçün Britaniyanın Olimpiya rəsmiləri tərəfindən seçilib.

Amerika Birləşmiş Ştatlarından olan Keyti Zaferes Keyp Taundakı tədbiri ikinci yerdə başa vurub. O, yarışı Hollanddan bir saniyə gec tamamlayıb. Ondan sonra üçüncü yerə isveçrəli Nikola Spiriq layiq görülüb.

Holland Bakı 2015 üçün Britaniyanın triatlon komandasına hələ daxil edilməyib. Digər tərəfdən İsveçrənin triatlon komandasının siyahısı da açıqlanmayıb.

İspaniyanın üçqat Olimpiya çempionu Ainoa Muruanın Bakı 2015 üçün namizədliyi irəli sürülüb. O, Keyp Taunda yarışı 12-ci yerdə başa vurub. Azərbaycana gəlmək üçün seçilmiş İspaniya çempionu Miriam Kasilas isə yarışda 30-cu yerdə qərarlaşıb. 

Kişilər arasında keçirilmiş yarışda Böyük Britaniyanın London 2012 Olimpiya çempionu Alister Braunli öz 18-ci triatlon qələbəsini qeyd edib. Mövsümün ilk yarışında Braunli görüşü 1 saat 39 dəqiqə 19 saniyəyə başa vurub. Ondan sonra ikinci yeri ispaniyalı Xavier Qomez Noya, üçüncü yeri isə fransalı Vinsent Lui qazanıb.

U23 üzrə İspaniyanın ikiqat dünya çempionu Fernando Alarza, Qomez Noyadan fərqli olaraq, Keyp Taunda beşinci yeri tutduğu üçün Bakı 2015-də yarışmaq hüququ əldə edib.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.