28 aprel 2015 11:45

Naxçıvanda Avropa Oyunlarının Alov Festivalı keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 26-da Atəşgah Məbədində alovlandırdığı məşəli ilk estafet iştirakçısına təqdim etdikdən sonra, Bakı 2015 Avropa Oyunlarının işıq saçan rəmzinin ölkəmizin 60 regionuna 48 günlük səyahətinə start verilib. Azerisport.az xəbər verir ki, Bakı 2015-in alovu ilk estafet ünvanı Naxçıvan Muxtar Respublikasına bu gün, aprelin 27-də təyyarə ilə gətirilib.

Naxçıvan şəhərində Bakı 2015 Avropa Oyunlarının Məşəl Estafeti keçirilib. Məşəli təyyarədə Naxçıvana aparan, Monreal-1976, Yay Olimpiya Oyunlarının çempionu Rəfiqə Şabanova estafeti təhvil verdikdən sonra, 10 yerli məşəlçi ümumilikdə, 4.1 km məsafə qət edib.

Avropa Oyunları tarixinə ilk məşəlçi kimi düşən, Monreal 1976, XXI Yay Olimpiya Oyunlarının çempionu Rəfiqə Şabanova bu həyəcanlı anlar barədə fikirlərini belə bölüşdü: “Sevincimin həddi-hüdudu yoxdur. Avropa tarixinin ilk Oyunlarının ölkəmizdə keçirilməsi məni hədsiz qürurlandırır. Buna çox sevinirəm. Oyunların məşəlini daşıyan ilk insan olmaq şərəfi mənə qismət oldu. Açığı, belə bir şərəfə layiq görüləcəyimi gözləmirdim. Bu xoşbəxtliyi mənə bəxş edənlərə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, idmançılarımız da Bakı 2015-də sözlərini deyəcək və xalqımızı, artıq adət etdiyimiz, qələbələrlə sevindirəcəklər”.

Əziz Əliyev prospektində, Koroğlu heykəlinin qarşısından start götürən, sonra Cəlil Məmmədquluzadə küçəsindən keçən estafetdə Xanım Xudadanova, Əfqan Qurbanov, İbrahim Musayev, Kənan Əsədov, Sahil Rüsanov, Tural Gözəlov, Fəridə Hənifəyeva, Səkinə İbrahimova, Gülxanım Cəlilova, Polad Əliyev məşəli şəhərin mərkəzində yerləşən Heydər Əliyev prospektinə gətiriblər. Burada Heydər Əliyev meydanında yürüşə yekun vurulub.

Estafet iştirakçısı, voleybolçu Xanım Xudadanova yürüşdən sonra keçirdiyi hissləri bölüşdü:

“İlk dəfə keçiriləcək bu mötəbər idman tədbirinin ölkəmizə həvalə olunması və şəhərimizin də onun ab-havasına bürünməsi, hər bir Azərbaycanlı kimi, məni də cox fərəhləndirir. Məşəl estafetini olimpiya çempionumuz Rəfiqə Şabanovadan qəbul etdiyim üçün qəbul etdiyim üçün çox həyəcanlı idim. Bu tarixi anı yaşadığıma, belə bir şərəfli missiya mənə həvalə edildiyinə görə çox xoşbəxtəm”.

Şəhər mərkəzində, Heydər Əliyev meydanında Alov festivalı keçirilib. Bakı 2015-in ulduz elçiləri, məşhur idmançıların da iştirak etdiyi tədbirdə minlərlə yerli sakinə əsl bayram sevinci bəxş edib. Festival mədəniyyət və incəsənət ustalarının ifasında ədəbi-bədii proqramla davam edib. Bakı 2015 Avropa oyunlarına həsr olunmuş bu təntənəli mərasim Azərbaycanın idman tarixinin unudulmaz hadisələrindən biri olacaq.

Məşəlçilərdən Polad Əliyev bu qürurverici mərasimin iştirakçısı olduğu üçün özünü xoşbəxt hesab etdiyini bildirdi: «Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi məni də çox sevindirir. Məşəlin bölgələr üzrə səyahətinin ilk dayanacağı Naxçıvan şəhəri olduğu üçün qürur hissi keçirirəm. Voleybol komandamızın üzvüyəm. Bakı 2015-in voleybol yarışlarında da gərgin rəqabətin şahidi olacağıq. Bu mübarizədə ölkəmizin adını uca tutmağa çalışacağam».

Məşəl bu gün xüsusi təyyarə ilə Lənkərana çatdırılacaq.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.