27 aprel 2015 20:00

Serbiyalı basketbolçular Bakı 2015 obyektlərini yüksək qiymətləndiriblər

Bakı 2015-in serbiyalı 3x3 basketbol komandasının üzvlərindən ibarət İdman Elçiləri Marko Saviç, Dusan Domoviç Bulut and Marko Zdero, Bakı 2015 Avropa Oyunları üçün inşa edilmiş idman obyektlərini və Atletlər Kəndində yaradılam şəraiti yüksək qiymətləndiriblər. Azerisport.az xəbər verir ki, Bakı 2015 Avropa Oyunlarının 3x3 basketbol yarışlarında mübarizə aparacaq 3 idmançı şəhərdə təşkil olunan beynəlxalq yoldaşlıq turnirində qalib gəldikdən sonra Bakı 2015-in Atletlər Kəndində olublar.

Zdero və Saviç 2012-ci ildə 3x3 basketbol üzrə keçirilən ilk dünya çempionatının nəfəs kəsən final oyununda qələbə qazanmışdılar və onların hər üçü 2014-cü ildə komanda ikincilik əldə edərkən də onun tərkibində çıxış edirdilər.

Üç idmançının ən ucaboylusu, boyu 198 sm olan Marko Saviç Bakını ev sahibi şəhər kimi alqışlayaraq aşağıdakıları deyib: “Bakının heyranedici olduğunu düşünürəm və gördüyüm qədərilə Avropa Oyunları üçün hazırlanmış bütün arenalar dünya standartlarına cavab verir. Azərbaycanda idmana diqqət haqqında çox eşitmişəm və Oyunlar yaxınlaşdıqca şəhərin hər bir nöqtəsində həyəcan və marağı hiss etmək mümkündür. Avropa Oyunları kimi mötəbər yarışda bu cür idman həvəskarlarının qarşısında çıxış etmək hər birimiz üçün böyük qürurverici anlar olacaq”.

Marko Zdero isə bunları əlavə etdi: “Bakıya gələ bildiyimiz və mübarizə ab-havasının hakim olduğu şəhər ilə yaxından tanış ola bilməyimizdən məmnunuq. Avropa Oyunları bizim üçün çox önəmli yarışdır və Bakı 2015-in hazırlıq prosesinin son mərhələsinin başladığı bir vaxtda bu həftəsonu bizim üçün mühüm təcrübə oldu.

Dusan Domoviç Bulut: “Bu, idman tarixinin ilk Avropa Oyunlarıdır və bizim məqsədimiz 3x3 basketbolu üzrə Avropa Oyunlarının çempionu olmaqla tarix yazmaqdır. Mən, Bakı 2015-də Serbiyanı təmsil etmək üçün yenidən Bakıya qayıdacağım məni şərəfləndirir”.

Yeni, 3x3 basketbol idman növü üzrə iyunun 23-dən etibarən, 4 gün ərzində 2 medal dəsti uğrunda 128 idmançı mübarizə aparacaq. Biletləri Park Bulvar, 28 Mall və Metro Park alış-veriş mərkəzləri də daxil olmaqla, Bakının müxtəlif əlverişli yerlərində quraşdırılmış 11 bilet satış məntəqəsindən, yaxud da, Baku2015.com/tickets saytından onlayn üsulla almaq mümkündür.

Serbiyanın Dusan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Deyan Maystoroviçdən ibarət 3x3 basketbol komandası ilə yanaşı, almaniyalı tennisçi Dimitriy Ovçarov, yunan qılıncoynadan Vasiliki Vougiouka, irland boksçu Keti Teylor, BB-nın taekvondo komandasının üzvü Ceyd Cons, fransız bədii gimnast Kseniya Mustafayeva, danimarkalı avarçəkən Rene Holten Pulsen və polşalı dağ velosipedçisi Maya Vlosçovska Bakı 2015-in beynəlxalq İdman Elçiləridirlər. Yaxın gələcəkdə növbəti Elçilərin adları da açıqlanacaq.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.