27 aprel 2015 17:30

İrlandiya Avropa Oyunlarına gələcək 36 idmançısının adını açıqladı

İrlandiya Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək 36 idmançısının adını elan edib. Azerisport.az xəbər verir ki, onların arasında əvvəlki Olimpiya Oyunlarında yarışmış beş idmançı da var.

İrlandiyanın Olimpiya Şurası tərəfindən adları elan edilən 36 idmançı Bakıda 10 müxtəlif idman növü üzrə yarışacaq. 

İrlandiyadan Bakı 2015 Avropa Oyunları üçün ən məşhur idmançı, boksçu Keti Teylor olacaq. London 2012 Olimpiya Oyunlarında boks üzrə 60 kq çəkidə qızıl medal da daxil olmaqla, 17 qızıl medalı olan Keti Teylor  qadınlar arasında boksun tarixində ən çox titulu olan idmançıdır.

28 yaşlı Teylor beş ardıcıl Dünya Çempionatının tituluna, altı ardıcıl Avropa Çempionatının tituluna və beş Avropa Birliyi Çempionatının taclarına sahibdir. Teylor həmçinin Bakı 2015 Avropa Oyunlarının idman elçisidir.

Olimpiya oyunlarında təcrübəsi olan digər irlandiyalı idmançı 44 yaşlı atıcı Derek Börnettdir. O, 2000-ci ildə son dörd Olimpiya Oyunlarında atıcılığın səngər stendi fəndi üzrə yarışlarda iştirak edib.

Badminton oyunçuları Klo Magi ilə Skott Evans Pekin 2008 və London 2012 oyunlarında, triatlon üzrə idmançı Aylin Reyd isə London Olimpiya yarışlarında iştirak ediblər.

"Biz, Bakı 2015 oyunlarında İrlandiyanı təmsil edən ilk idmançılar qrupunu məmnuniyyətlə elan edirik,"  - deyə İrlandiyanın missiya rəhbəri cənab Dermot Henihan bildirib və belə qeyd edib: "Biz idmançıların Bakı 2015 üçün ən yaxşı dəstək almaqları və hazırlaşmaları üçün hər idman növü ilə çox yaxından işləmişik."

"Yekun komandada 13 idman növü üzrə təxminən 63 idmançı olacaq," -  deyə Henihan bildirdi və əlavə etdi: "Belə çox idman növlərinin kvalifikasiyaya nail olmasını görmək möhtəşəmdir. İndi biz ümid etməliyik ki, Bakıda hamı ən yaxşı bacarığını nümayiş etdirəcək və kim bilir – bəlkə, bizim bir neçə idmançımız birinci yeri qazandı."

İrlandiyanın hal-hazırki komanda heyəti:

Kamandan oxatma: Sinead Katbert Kunninqam (qadınlar arasında fərdi), Darren Uolleys (kişilər arasında fərdi)

Su idmanı: Rori MkEvoy (50 m, 100 m, 200 m arxa üstə), Mona MkŞarri (50 m, 100 m, 200 m qurbağa, 50 m sərbəst), Reyçel Bethel (50 m, 100 m, 200 m sərbəst), Daniel Hill (50 m, 100 m, 200 m arxa üstə, 50 m kəpənək, 50 m, 200 m sərbəst), Emma Reyd (50 m, 100 m, 200 m kəpənək), Endru Mur (50 m, 100 m, 200 m qurbağa, 200 m, 400 m fərdi ötürmə), Ceyms Braun (50 m, 100 m, 200 m kəpənək, 200 m, 400 m fərdi ötürmə), Bencamin Doyl (50 m, 100 m kəpənək, 200 m, 400 m fərdi ötürmə), Alan Korbi (50 m, 100 m, 200 m arxa üstə, 50 m qurbağa, 100 m kəpənək, 200 m fərdi ötürmə), Niamh Kilgallen (50 m, 100 m, 200 m qurbağa, 50 m kəpənək), Keyt Baquli (400 m, 800 m, 1500 m sərbəst, 400 m fərdi ötürmə), İseult Hayes (50 m, 10 0m arxa üstə, 50 m, 100 m sərbəst), Nataşa MakManus (1 m, 3 m qadınlar arasında suya tullanma)

Badminton: Klo Magi (qadınlar arasında tək, qarışıq cütlüklər), Coş Magi (kişilər arasında cütlüklər), Reyçel Darraq (qadınlar arasında cütlüklər), Sara Boyle (qadınlar arasında cütlüklər), Skott Evans (kişilər arasında tək), Sem Magi (qarışıq cütlüklər, kişilər arasında cütlüklər)

Basketbol 3×3: Niamh Duyer, Qreyn Duyer, Süzan Makuaya, Orla O’Reyli

Qadınlar arasında boks: Keti Teylor (60 kq), Mişel Uolş (54 kq), Keyr Smit (51 kq)

Cüdo: Eoin Fleminq (kişilər arasında 73 kq)

Karate: Karen Dolfin (qadınlar arasında kata)

Atıcılıq: Derek Börnett (Trap fənni üzrə stendə)

Qadınlar arasında triatlon: Ailin Reyd       

Kişilər arasında triatlon: Rassell Uayyt, Aaron O’Brien

Kişilər arasında sərbəst güləş: Aleks Dolli (84 kq), Soslan Tuaev (74 kq)

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.