27 aprel 2015 13:15

Bakı 2015 Alovunun səyahəti Naxçıvandan başlayır

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda, Atəşgah məbədindən götürdüyü alovu ilk məşəlçiyə verdikdən sonra, alovun ölkəmizin 60 regionuna 48 günlük səyahətinə start verilir. Azerisport.az xəbər verir ki, alovun Naxçıvana səyahəti münasibətilə Naxçıvan şəhərində təşkil olunacaq festivalın böyük təmtəraqla keçəcəyi gözlənilir.

İlk olaraq, məşəllə qaçacaq Polad Əliyevin ardınca müvafiq qardıcıllıqla, Əfqan Qurbanov, İbrahim Musayev, Kənan Əsədov, Sahil Rüsanov, Tural Gözəlov, Fəridə Hənifəyeva, Səkinə İbrahimova, Gülxanım Cəlilova, Xanım Xudadanova alovu, umumilikdə, 4.1 məsafədə aparacaqlar.

Son illər Naxçıvanın idman həyatı bir sıra beynəlxalq tədbirlələ zəngin olub. 2003-cü ildə Naxçıvan şəhərində şahmat üzrə, gənclər arasında şahmat üzrə dünya çempionatı keçirilib. Burada həmçinin, usta şahmatçılar arasında ənənəvi “Naxçıvan Open” beynəlxalq turniri və hər il gənc sərbəst güləşçilərin “Naxçıvan kuboku” uğrunda beynəlxalq komanda yarışı təşkil olunur.

Azərbaycan xalqının milli lideri Heydər Əliyev Naxçıvan şəhərində anadan olub və ayrı-ayrı illərdə burada yaşayıb, siyasi fəaliyyət göstərib.

Azərbaycanın ən qədim torpaqlarından olan Naxçıvan Muxtar Respublikasının inzibati ərazisinə 1 şəhər və 7 rayon daxildir. Sahəsi 5 502 km², əhalisi isə 2014-cü ilin statistikasına görə,  435 400 nəfərdir. Rəvayətə görə, Nuh peyğəmbər Naxçıvanda dəfn olunub və hazırda burada Nuhun qəbrüstü türbəsi mövcuddur. Naxçıvan həmçinin Əshabu-Kəhf ziyarətgahı, Duzdağ və Mömünə xatun türbəsi ilə də məşhurdur.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.