24 aprel 2015 17:15

Bakı 2015-ə biletləri Bakıdakı seçilmiş McDonalds restoranlarından da almaq olar

Bakı 2015, iyunun 12-dən 28-dək keçiriləcək Birinci Avropa Oyunlarına biletləri Bakının müxtəlif nöqtələrində yerləşən seçilmiş McDonalds restoranlarından almağın mümkün olduğunu elan edir. Azerisport.az xəbər verir ki, Bakı 2015-in qida təchizatı üzrə rəsmi dəstəkçisi McDonalds, özünün Neftçilər, Əhmədli və Fəvvarələr Meydanındakı mərkəzlərində bilet kassaları yerləşdirməklə, idman azarkeşlərinə Azərbaycan tarixinin ən mötəbər tədbirində iştirak etmək üçün bilet almağa imkan yaradır.  

Bilet kassalarının açılışında çıxış edən Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirdi: “Bilet satışları uğurla davam edir və biz, McDonaldsın göstərdiyi dəstəyin daha çox insana Bakı 2015-in həyacanını yaşamağa imkan yaradacağından məmnunuq.

12 iyun açılış mərasiminə sayılı günlər qaldıqca ölkə boyunca Oyunlara olan marağın artdığının şahidi ola bilərsiniz. Bakı sakinləri Oyunlara böyük dəstək göstərirlər və ötən həftə təşkil etdiyimiz test yarışlarının böyük tamaşaçı kütləsi qarşısında keçməsi bizi sevindirdi”.

Bakı 2015 Avropa Oyunları zamanı şəhərin müxtəlif yerlərindəki arenalarda 20 idman növündə 6000-dən çox idmançı mübarizə aparacaq.

McDonaldsla yanaşı, biletləri www.baku2015.com saytında onlayn üsulla və ya Bakının digər nöqtələrində yerləşən bilet satış məntəqələrindən də almaq mümkündür. Ətraflı məlumat www.baku2015.com saytında yaxud 2015 - tamaşaçı məlumat mərkəzinə zəng etməklə əldə etmək olar.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.