24 aprel 2015 15:30

Polşada Avropa Oyunlarına həsr edilmiş silsilə tədbirlər keçirilib

21-24 Aprel tarixlərində Polşada “Bakı 2015” Avropa Oyunlarına həsr edilmiş silsilə tədbirlər keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Respublikasının Polşadakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Həsənov və MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, Bakı-2015 I Avropa Oyunları Nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva iştirak ediblər.

Tədbirlər silsiləsindən Polşa Olimpiya Komitəsində təşkil edilmiş “Bakı 2015” Avropa Oyunlarına həsr olunmuş xüsusi təqdimat mərasimini qeyd etmək lazımdır. Təqdimat mərasimində Polşa Olimpiya Komitəsinin prezidenti, Polşanın İdman və Turizm naziri, Polsha Prezident yanında administrasiyanın rəhbəri, Polşanın İdman Birliklərinin və dövlət qurumlarının nümayəndələri, onlarla mətbuat orqanları iştirak etmişdir.

24 Aprel tarixində Polşa Olimpiya Komitəsinin Baş Assambleyasının illik yığıncağı keçirilib. Hər iki tədbirdə MOK-nin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri Könül Nurullayeva Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı təqdimatla çıxış ediblər. O cümlədən Azərbaycan Respublikasının Polşadakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Həsənov Polşa-Azərbaycan münasibətlərinin tarixi köklərinə toxunub və I Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən danışıb.

21-24 Aprel tarixlərində ilk Avropa Oyunları ilə bağlı müxtəlif qurumlarda keçirilən görüşlərdə təqdimatla yanaşı "Bakı 2015” ilə bağlı polşa dilində hazırlanmış xüsusi video çarx nümayiş etdirilib və təbliğat materialları paylanılıb.

Eyni zamanda tədbirlər silsiləsindən “Olimpiyski” jurnalının növbəti buraxılışının təqdimat mərasimi olub. Bu buraxılış "Debutdan əvvəl" adı altında nəşr edilərək “Bakı 2015” Avropa Oyunlarına həsr edilib.

Həmçinin tədbir çərçivəsində Çingiz Hüseynzadə Polşanının “Olimpiyski” jurnalına, Polşa Mətbuat Agentliyinə, 1-ci və 4-cü Polşanın Radio proqramına, TV Polsat kanalına, Polşa Radio Məlumat Agentliyinə, İdman İcmalı qəzetinə və nahayət Polşa Voleybol Birliyinin İnternet səhifəsinə müsahibə verib.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.