23 aprel 2015 20:15

Avstriyanın Bakı-2015 heyətinə olimpiya çempionları başçılıq edirlər

Olimpiya çempionu adını qazanmış bir sıra avstriyalı idmançı Bakı 2015-də bu ölkəni təmsil edəcəklər. Azerisport.az xəbər verir ki, Avstriya Atletika Federasiyası Bakı 2015 Avropa Oyunları üçün özünün olimpiya qaliblərindən ibarət komandasını ictimaiyyətə təqdim edib.

34 yaşlı disk atıcısı Gerhard Mayer Pekin 2008 və London 2012 Olimpiya Oyunlarının iştirakçısıdır. O həm də 2007 Universiadasında qızıl medala layiq görülüb. 

Beate Schrott London 2012 Olimpiya Oyunlarında qadınlar arasında sədlərlə 100 m məsafəyə qaçışı 8-ci yerdə bitirib, Andreas Vojta isə Londonda 1500 m məsafəyə qaçışda yarışıb. 

Bakı 2015 Avropa Oyunlarında Avstriyanı təmsil edəcək Ivona Dadic 200 m məsafəyə qaçışda mübarizə aparacaq. O, 2012-ci ildə heptatlon üzrə Olimpiya Oyununda yarışmış ilk avstriyalı qadın idmançıdır. 

Avstriyanı təmsil edəcək və daha böyük beynəlxalq təcrübəyə malik idmançılardan, son qapalı şəraitdə keçirilmiş atletika üzrə Avropa Çempionatında 3000 m məsafəyə qaçışı 10-cu yerdə başa vurmuş cütlüyün bir üzvü Jennifer Wenth, digəri isə 2009 Avropada Gənclər Arasında Olimpiya Festivalında nüvə atıcılığı və disk atıcılığı üzrə iki medal qazanmış Lukas Weißhaidinger olacaq.

Avstriya Bakı 2015 Avropa Oyunlarında atletika üzrə tək komanda medalı uğrunda Albaniya, Andorra, Ermənistan, Azərbaycan, Bosniya-Herseqovina, Kosovo, Gürcüstan, İsrail, Lüksemburq, Malta, Makedoniya, Moldova, Monteneqro, Slovakiya və Lixtenşteyn, San Marino və Gibraltardan ibarət kiçik dövlətlərin komandalarına qarşı mübarizə aparacaq.

Kişilərdən ibarət komandanın üzvlərinin tam siyahısı: Benjamin Grill (100m); Dominik Distelberger (200m); Dominik Hufnagl (400m); NikolausFranzmair (800m); Andreas Vojta (1500m); Brenton Rowe (3000m); Valentin Pfeil (5000m); Dominik Siedlaczek (sədlərlə 110m); Thomas Kain (sədlərlə 400m); Christian Steinhammer (maneələri dəfetməklə 3000m); Josip Kopic (hündürlüyə tullanma); Paul Kilbertus (şüvüllə tullanma); Julian Kellerer (uzunluğa tullanma); Roman Schmied (üç təkanla tullanma); Lukas Weisshaidinger (nüvə atıcılığı); Gerhard Mayer (disk atıcılığı); Benjamin Siart (çəkic atıcılığı); Matthias Kaserer (nizə atıcılığı); EkeminiBassey, Markus Fuchs, Benjamin Grill, ChristophHaslauer and Thomas Rosenthaler (4x100m); NikolausFranzmair, Mario Gebhardt, Dominik Hufnagl, Thomas Kain, Andreas Rapatz and Christian Smetana (4x400m).

Qadınlardan ibarət komandanın üzvlərinin tam siyahısı: Viola Kleiser (100m); Ivona Dadic (200m); Susanne Walli (400m); Pamela Märzendorfer (800m); Elisabeth Niedereder (1500m); Jennifer Wenth (3000m); Anita Baierl (5000m); Beate Schrott (100m sədlər); Verena Menapace (sədlərlə 400m); Stefanie Huber (maneələri dəfetməklə 3000m); Nina Luyer (hündürlüyə tullanma); Kira Grünberg (şüvüllə tullanma); Sarah Lagger (uzunluğa tullanma); Michaela Egger (üçtəkanla tullanma); VeronikaWatzke (nüvə atıcılığı və disk atıcılığı); Julia Siart (çəkic atıcılığı); Elisabeth Eberl (nizə atıcılığı); Ivona Dadic, Ina Huemer, Viola Kleiser, Alexandra Toth and Eva Wimberger (4x100m); Verena Menapace, Elisabeth Niedereder, VerenaPreiner, Carina Schrempf, Julia Schwarzinger and Susanne Walli (4x400m).

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.