23 aprel 2015 18:30

Rəssamlar Avropa Oyunlarına 50 gün qalmasını qeyd etmək üçün Bakı 2015-in maskotlarına yeni görünüş verdi

Bu gün, Bakı 2015, şəhərin mərkəzində idman və incəsənəti bir araya gətirərək hazırlanan xüsusi tədbirlə Birinci Avropa Oyunlarına 50 gün qalmasını qeyd edir. Azerisport.az xəbər verir ki, mükafata layiq görülmüş fransız rəssam Dafne Bitçaç da daxil olmaqla 4-ü azərbaycanlı, 4-ü də Avropa ölkələrindən gələn 8 rəssam Avropa Oyunlarının maskotları Ceyran və Narın heykəllərini bəzəmək üçün Bakıya dəvət olunublar.

Rəssamlar boyamanı bitirəndən sonar, bu heykəllər Oyunlar zamanı azarkeşlərin dəyərləndirməsi üçün Bakının müxtəlif nöqtələrində yerləşdiriləcək.

Azərbaycan Respublikasının gənclər və idman naziri, Bakı 2015-in baş icraçı direktoru Azad Rəhimov bu barədə dedi: “Bakı 2015-in başlamasına 50 gün qaldığı bir vaxtda yaradıcılıqları ilə ilk Avropa Oyunlarına yaddaşlara həkk olunacaq töhvə verəcək 8 rəssamın hər birini salamlayıram. Bakı 2015-i bizimlə birlikdə bayram edən bütün azarkeşlər, onların yaratdıqları incəsənət nümunələrini izləyə biləcəklər. Bu nümunə eyni zamanda, Avropanın fərqliliyini vurğulayacaq”.

Tədbirə cəlb olunan digər rəssamlar italiyalı Albert Loro, alman İnge H.Şmidt və latviyalı Andris Vitolinsdi. Azərbaycanlı rəssamlardan isə Nailə Sultan və Eldar İbadullayev, eləcə də, Azərbaycan Dövlət Tətbiqi İncəsənət Akademiyasının müsabiqəsində qalib gəlmiş iki tələbəsi Fidan Novruzova və Fərəh Mirzəyeva da tədbirə dəvət olunublar.

Dafne Bitçaç tədbirdə iştirak edəcək səkkiz rəssamdan biri olduğu üçün məmnunluğunu bildirdi: “İlk Avropa Oyunları üçün bu cür yaddaqalan töhvə yaratmağa dəvət olunmağım mənə qürur hissi verir. Bu, bizə, Bakı 2015-i yüksək səviyyəli tədbirə çevirmək və Avropa Oyunlarının sosial irsinə öz töhvəmizi vermək üçün möhtəşəm imkan yaradır”.

Avropa Oyunlarına 50 gün qaldığı bir vaxtda, bu yay Bakıda gerçəkləşəcək möhtəşəm idman bayramına son hazırlıqlar davam etməkdədir. Ötən həftə boks və güləş üzrə beynəlxlaq turnirlərlə idman növləri üzrə test yarışları proqramına yekun vuruldu. Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Bakı Kristal Zalı və Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışların təşkilatçılığından və qazanılan müvəffəqiyyətdən məmnunluğunu ifadə etdi.

O dedi: “Biz böyük kütlə qarşısında beş gün intensiv beynəlxalq rəqabətin şahidi olduq. Bu bizim əməliyyat hazırlığımız üçün böyük sınaq idi. Xidmətlər, bilet satışı əməliyyatları, əməkdaşlar və könüllülər hamısı yüksək bacarıq nümayiş etdirdilər, biz nəticə olaraq çox yüksək səviyyə rəqabət gördük. Bakı 2015 Avropa Oyunları vaxtı böyük tamaşa zövqü yaşanacağını gözləyə bilərik”.

Bakı 2015 Avropa Oyunlarının biletlərini birbaşa olaraq, Bakı şəhərinin 11 əlverişli məkanında, o cümlədən Park Bulvar,  28 Mall və Metro Park ticarət mərkəzlərindən və www.baku2015.com/tickets vebsaytında almaq olar.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.