22 aprel 2015 20:15

Almaniya Bakı-2015-də iştirak edəcək voleybolçularının adlarını elan edib

Məşqçilər Luciano Pedulla və Vital Heynen Bakı-2015-də yarışacaq voleybolçuların adlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, hər iki məşqçi Almaniya Olimpiya rəsmiləri üçün seçilmiş 22 oyunçunun siyahısını təqdim etsə də, Bakı-2015 Avropa Oyunlarında hər komandadan yalnız 14 oyunçu iştirak edəcək. Hər iki komandada müxtəlif təcrübələrə malik gənc oyunçular var. 

Kişi voleybolçular Tomas Kocian, Falko Steinke, Leonhard Til və Filip Trenkler, həmçinin, qadın voleybolçu Juliane Langgemach Almaniya milli komandasının köynəyini heç zaman geyməyiblər.

Digər tərəfdən, 2014 Dünya Çempionatında bürünc medal qazanmış Almaniyanın kişilərdən ibarət komandasının 10 oyunçusu Bakı-2015-in ilkin siyahısına daxil edilməyib. Pedullà 2013-cü il qadınların Avropa Çempionatında gümüş medal qazanmış 11 oyunçunun adını açıqlayıb.

Hər iki alman komandası Bakı-2015-də güclü komandaların qruplarına düşüb. Belə ki, Heynenin kişilərdən ibarət komandası Rusiya, İtaliya, Bolqarıstan, Belçika və Slovakiya ilə görüşəcək, Pedullanın qadınlardan ibarət komandası isə Rusiya, Serbiya, Niderland, Bolqarıstan və Xorvatiyaya qarşı oynayacaq.

Qadınların ilkin siyahısı aşağıda verildiyi kimidir (klublar mötərizədə verilib):

Jana-Franziska Poll, Anja Brandt, SaskiaHippe, Laura Weihenmaier, Jennifer Geerties, Denise Imoudu, Carina Aulenbrock, Janine Völker (hamısı Schweriner SC klubu), Leonie Schwertmann, WiebkeSilge (hər iksi USC Münster klubu), Louisa Lippmann, Lisa Izquierdo, Juliane Langgemach (hamısı Dresdner SC klubu), Jennifer Pettke (VC Wiesbaden klubu), Lena Stigrot (Rote Raben Vilsbiburg klubu), LenkaDürr (Azərbaycan, Azəryol Bakı klubu), Lisa Thomsen (Azərbaycan, Lokomotiv Bakı klubu), Denise Hanke (Wroclaw/Polşa), Maren Brinker (Montichiari, İtaliya), Margareta Kozuch (Piacenza, İtaliya), MareenApitz (Kan, fransa) və Kathleen Weiß (Prostejov, Çexiya).

Kişilərdən ibarət komandanın ilkin siyahısı aşağıdakı kimidir (klublar mötərizədə verilib):

Georg Klein, Tomas Kocian, JaromirZachrich, Matthias Pompe (hamısı SWD Powervolleys Düren klubu), Sebastian Kühner (BR Volleys klubu), Moritz Reichert, Jan Zimmermann (hər ikisi VfB Friedrichshafen klubu), Falko Steinke (SVG Lüneburg klubu), Tom Strohbach (TV Rottenburg klubu), Leonhard Tille (VC Olympia Berlin klubu), Phillip Trenkler (CV Mitteldeutschland klubu), Michael Andrei (Antwerpen, Belçika), Marcus Böhme (Fənərbaxça İstanbul, Türkiyə), Tim Broshog, BjörnHöhne (hər ikisi Maaseik, Belçika), Christian Fromm (Perugia, İtaliya), Simon Hirsch (SoraFrusinate, İtaliya), Denis Kaliberda (Wegiel, Polşa), Lukas Kampa, Dirk Westphal (hər ikisi Radom, Polşa), JochenSchöps (Rzeszow, Polşa) və Ferdinand Tille (Belchatow, Polşa).

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.