22 aprel 2015 19:15

Avropa Oyunlarının brendi 2015 Transform Avropa Mükafatına layiq görülüb

Bakı 2015 Avropa Oyunları və dizayn üzrə tərəfdaşı “SomeOne” şirkəti, ötən gecə London-Breveridə keçirilən mötəbər 2015 Transform Avropa Mükafatının vizual elementlərdən ən yaxşı istifadə nominasiyası üzrə birincilik qazanıb. Azerisport.az xəbər verir ki, Transform mükafatları müəyyən nominasiyalar üzrə yaradıcı, strateji və kommunikasiya prosesi zamanı irəli sürülən ən uğurlu ideyaları qiymətləndirərək, bütün Avropada brendləşdirmə sahəsində əldə olunmuş ən yaxşı nəticələrin təntənəli şəkildə qeyd olunmasıdır.

Azərbaycanın təbii gözəlliyindən ilhamlanan rəngarəng və valehedici Bakı 2015 brendi Birinci Avropa Oyunlarının arenaları, biletləri, uniformaları və bütün rəsmi əmtəə avadanlıqlarının üzərində əks olunur.

Brendin mərkəzində Azərbaycan folklorunda birliyin təcəssümü olan nar ağacı yer alır. Ağacın müxtəlif idman növlərinin göz oxşayan piktoqramlarla işlənən hssələri ölkənin irsinin və mədəniyyətinin tarixi simvollarıdır.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq: “Bu mükafat, Birinci Avropa Oyunları üçün gördüyümüz hazırlıqlara bələdçilik edən yaradıclıq və innovasiya ruhuna verilən dəyərdir. Bakı 2015 brendi ev sahibi Azərbaycanın təbii gözəlliyinin və bütün qitənin zövq ala biləcəyi yenilikçi idman tədbiri həyata keçirmək arzumuzla duyduğumuz qürur hissini əks etdirir”.

Bakı 2015 də brend üzrə direktor cənab Dan Tomlinson: “Bakı 2015-in brend üzrə komandası, medallardan uniformalara qədər bütün əşyalarda istifadə olunmaq, bütün formalarda və ölçülərdə brendləşdirmə məqsədilə əlverişli görünüş yarada bilmək üçün səylərini səfərbər etdi”.

Brendin görünüşü, daha öncə London 2012 Yay Olimpiya və Paralimpiya Oyunları üçün idman brendlərinin hazırlanmasını həyata keçirən məşhur “SomeOne” agentliyi ilə birgə əməkdaşlıq nəticəsində yaradılıb.

“SomeOne” agentliyinin yaradıcısı və icraçı direktoru Qari Holt: “Biz, ötən 18 ay ərzində Avropa Oyunları Əməliyyat Komitəsi ilə həyata keçirdiyimiz əməkdaşlığın nəticəsi olan brendin layiq görüldüyü mükafata görə qürur duyuruq“.

Oyunlara geri sayımın son mərhələdə olduğu müddətdə Bakı 2015  brendi ev sahibi şəhərin müxtəlif küçələrində elan və reklam lövhələrində əks etdirilir, eləcə də, Birinci Avropa Oyunlarının möhtəşəm məşəl və çırağının önəmli hissəsini formalaşdırır.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.