22 aprel 2015 15:30

Olimpiya oyunlarının gümüş medalçısı, dünya çempionu Bakı 2015-in elçisi seçildi

Bu gün, Bakı 2015, polşalı dağ velosipedi idmançısı Maya Vloşçovskanın bu yayın ən mötəbər tədbirinin idman elçisi olacağını açıqlayıb. Azerisport.az xəbər verir ki, Maya Vloşçovska Pekin-2008 Yay Olimpiya Oyunlarında dağ velosipedi idmanının kros-kantri proqramı üzrə qadınlar arasında keçirilmiş yarışın gümüş medalını, 2010-cu ildə isə eyni idman növü üzrə dünya çempionu adını qazanıb.

İlk əhəmiyyətli qələbəsini 2003-cü ildə dağ velosipedi üzrə marafon yürüşünün dünya zirvəsinə yüksəlməklə əldə edən təcrübəli idmançı bu günə qədər dünya və Avropa çempionatlarının 22 medalını qazanıb.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq açıqlamasında bildirib ki, Mayanın beynəlxalq idman elçisi kimi Oyunlara cəlb edilməsi ilk Avropa Oyunlarının əhəmiyyətinə daha bir bariz nümunə və bu yay Bakıya gələcək idmançıların səviyyəsinin əyani göstəricisidir: “Karyerası boyunca Mayanın əldə etdiyi uğurlar onun dağ velosipedi idmanına bağlılığını nümayiş etdirir və iyun ayında Avropa Oyunlarında onun yarışlarda iştirakını səbirsizliklə gözləyirik".

Bakı 2015-in idman elçiləri mübarizə apardıqları idman növünü təmsil etməklə qitədə və sosial mediada həyata keçirilən marketinq kampaniyalarında Avropa Oyunlarının təbliğatında iştirak edəcəklər.

31 yaşlı Maya Vloşçovska deyib: “Avropa Oyunlarının idman elçisi seçilməyim məni çox həyəcanlandırır və bu yay Bakıda mübarizə aparacağım günü səbirsiziklə gözləyirəm. Oyunların və dağ velosiped idmanının Avropada, eləcə də, bütün dünyada nüfuzunu artırmaq üçün əlimdən gələni etməyə hazıram".

Polşa Milli Olimpiya Komitəsinin prezidenti Andrjey Krasniçki deyib: “Maya Bakı 2015-in elçi proqramı üçün əla seçimdir və onun Oyunları Polşada təbliğ etmək və bu yay idmançılarımıza dəstək olmaq üçün səylərini əsirgəməyəcəyinə əminəm".

Maya Vloşçowska almaniyalı stolüstü tennisçi Dimitri Ovçarov, yunan qılıncoynadan Vasiliki Vuqiuka, irlandiyalı boksçu Keti Teylor, britaniyalı taekvondoçu Ceyd Cons, fransalı bədii gimnast Kseniya Mustafayeva, danimarkalı avarçəkən Rene Holten Poulsen və Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Deyan Maystoroviçdən ibarət Serbiya 3x3 basketbol komandasından sonra Bakı 2015-in növbəti beynəlxalq idman elçisi oldu. Yaxın gələcəkdə daha bir neçə idmançının da bu proqrama cəlb oluna bilər.

Bakı 2015-in dağ velosipedi üzrə yarışları iyunun 13-ü, şənbə günü, Dağ Velosipedi Parkında baş tutacaq. Biletləri “Park Bulvar”, “28 Mall” və “Metro Park” alış-veriş mərkəzləri də daxil olmaqla, Bakının 11 əlverişli məkanında quraşdırılmış bilet satış məntəqələrindən və www.baku2015.com/tickets saytından onlayn rejimdə almaq mümkündur.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.