21 aprel 2015 00:35

Vos və Terpstra Avropa Oyunlarında iştirak edəcəklər

Olimpiya çempionu Marianne Vos və Niki Terpstra Bakı-2015-də Hollandiyanın şosse velosiped komandasına rəhbərlik edəcəklər. Azerisport.az xəbər verir ki, holland velosiped təlimçisi cənab Johan Lammerts Bakı-2015 Avropa Oyunları zamanı şosse velosipedi idmanı üzrə yarışacaq 12 velosipedçinin adını açıqlayıb.

Qadınlar komandasından olan baş ulduz London-2012-nin şosse yarışının qalibi olmuş və həmçinin üç dəfə dünya və iki dəfə Avropa Şosse Velosipedi Yarışının çempionu olan Vosdur. Digər beş qadın velosipedçi Çantal Blaak, Lusinda Brand, Anna van der Breqqan, Ellen van Dijk və Annemiek van Vleutendir. 

Van Dijk və van Vleuten Bakı-2015-də zamana qarşı velosiped yarışında mübarizə aparacaq. 28 yaşlı van Dijk 2013-cü il zamana qarşı yarışın dünya çempionu və iki dəfə Avropa çempionudur.

Kişilərin komandası Azərbaycanda da güclü olacaq və buna komanda üzrə zamana qarşı yarışda iki dəfə dünya çempionu və 2014 Paris-Raubaix Monument yürüşünün qalibi olan Terpstra rəhbərlik edəcək. Terpstra həmçinin yaxın Flandiriya Turunda ikinci yerlə kifayətlənmişdi.

Digər kişi velosipedçiləri Mathieu van der Poel, Pim Ligthart, Vouter Vippert və Nick van der Lijke olacağı halda, Stef Clement isə zamana qarşı yarışda mübarizə aparacaq.

"Avropa Oyunları böyük bir təşəbbüsdür və Olimpiya Oyunları üçün yaxşı bir hazırlıqdır,” - deyə cənab Lammerts bildirdi və belə əlavə etdi: “Biz həm qadınlardan, həm də kişilərdən ibarət yuxarı komanda ilə Bakıya gəlirik. Nəticələr mənim üçün çox maraqlıdır”.

Cənab Jeroen Bijl, holland komandasının missiya rəhbəri, bildirdi ki, o, seçilmiş komandalardan çox məmnundur.

"Bunlar iki çox güclü komandadır və bu, idmançıların və məşqçilərin Avropa Oyunlarını daha ciddi qəbul edəcəkləri ilə bağlı təəssüratlarımızı sübut edir” - deyə cənab Bijl qeyd etdi.

Miçiel van der Heijden artıq Dağ Velosipedi idman yarışı üçün seçilib.

Hollandiyanın Milli Olimpiya Komitəsi Bakıda yarışacaq BMX velosipedçilərini yaxın günlərdə elan edəcək.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.