20 aprel 2015 18:15

Bakı 2015 böyük maraqla izlənmiş uğurlu sınaq yarışlarından sonra Avropa Oyunlarının başlamasını gözləyir

Bakı 2015 dünən boks və güləş üzrə çoxgünlük beynəlxalq  turnirlərin başa çatması ilə, Baku Prepare ardıcıl sınaq tədbirləri seriyasından olan idman yarışlarına yekun vurdu. Azerisport.az xəbər verir ki, beş gün davam etmiş Böyük İpək Yolu elitar boks turniri, Oyunlar zamanı Avropa boksçularını qarşılayacaq Kristal Zalda keçirildi.

Beynəlxalq turniri Azərbaycan Boks Federasiyası Bakı 2015-lə əməkdaşlıq şəraitində təşkil etdi. Yarışa 11 ölkədən 83 boksçunun yarışdığı turnirdə, kişilər 10, qadınlar isə 5 çəki dərəcəsində mübarizə apardılar.

Yeniyetmə və gənclər arasında keçirilən Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda beynəlxalq turnirdə sərbəst və yunan-Roma güləşi üzrə yarışlar dörd gün davam edib. Turniri Azərbaycan Güləş Federasiyası Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşlığı ilə Heydər Əliyev adına İdman Sarayında təşkil edib.

Hər iki turnirin bəzi yarış günlərinə biletlər tam satılmışdı və həmin günlərdə tribunalar azarkeşlərlə tam dolu idi. Bilet satış məntəqələri ardıcıl üç gecə - cümə, şənbə və bazar günlərində hər iki məkanda keçirilən final görüşləri üçün bütün biletləri satıb qurtarmışdılar. Azərbaycan idmançıları qazanılan medalların sayına görə birinci olmaqla, azarkeşlərini məyus etmədilər.

Bakı 2015-in İdman Departamentinin direktoru Pirs O’Kallahan sınaq yarışları bunları deyib: “Bu tədbirlər bizim birinci Avropa Oyunlarının başlamasına 100 faiz hazır olduğumuzu göstərmək üçün əla imkandır. Bunların hər ikisi öz miqyasına görə, Bakı 2015-də keçiriləcək yarışlara bənzər olan iri miqyaslı turnirlər idi. Mən fantastik bir idman tədbirinin nümayişi üçün bizim əməliyyat baxımdan hazırlığımı görüb çox məmnun oldum. Baku Prepare idmançıların parlaq çıxış etməsinə imkan yaratmaq üçün əzmlə çalışdı və Oyunlar ərəfəsində böyük uğur nümayiş etdirdi”.

Azarkeşlər Bakı 2015 Avropa Oyunları üçün 20 mart tarixindən etibarən rəsmi internet səhifəsində (www.baku2015.com) onlayn biletlər almaq imkanında olublar və indi biletləri Bakıdakı səkkiz əlverişli məkanda yerləşən satış məntəqələrindən birbaşa ala bilərlər.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.