17 aprel 2015 20:15

Avropa Oyunları sosial miras proqramı təqdim edir

Bakı 2015 Avropa Oyunları rəsmi partnyor Coca-Cola ilə Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi arasında Bakı 2015 Avropa Oyunlarının mirası kimi fəal və sağlam yaşamı önə çəkən Anlaşma Memorandumunun (AM) imzalanmasını alqışlayıb. Azerisport.az xəbər verir ki, “Fəal Ailə, Sağlam Aləm” (Azərbaycanca FASA) proqramının məqsədi Azərbaycan əhalisinin mütəmadi fiziki fəaliyyətlərə cəlb olunmasını təmin etməkdir.  

Gənclər və İdman Naziri cənab Azad Rəhimov Avropa Oyunlarının buraxacağı sosial mirasın əhəmiyyətindən danışaraq vurğuladı ki: “Avropa Oyunları ölkəmizin inkişafının göstəricisi olmasına baxmayaraq, bu Oyunların bizim insanların, xüsusən ailələrin idman etməyə və fəal həyat tərzi keçirməyə həvəsləndirilməsində güclü ruhlandırıcı təsirini qeyd etmək vacıb məsələdir".

“Mən inanıram ki, Avropa Oyunlarının sosial mirası kimi çox-çox insanlar fəal həyat tərzinə cəlb olunacaq və mən FASA Proqramını dəstəklədiklərinə görə Coca-Cola və partnyorlara təşəkkürümü bildirmək istəyirəm".

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Simon Clegg qeyd etdi ki: “Avropa Oyunlarının açılış formatı həmişə Azərbaycan əhalisinə daimi miras qoymaq üçün layihələndirilib və bu vizion sağlam yaşamı önə çəkmək olmuşdur. Biz sevinirik ki, bizim dəyərli rəsmi partnyorlardan biri olan Coca-Cola şirkəti yerli ailələri fəal həyat tərzinə keçməyə ruhlandırmaqla həmin mirası dəstəkləmək üçün FASA proqramına qoşulub".

Cənab Cem Becel, Coca-Cola Azərbaycan şirkətinin Baş Direktoru, cəmiyyətin rifahı üçün fəal yaşamın əhəmiyyətini vurğulayaraq bildirdi ki: “Biz, Coca-Cola şirkəti olaraq, inanırıq ki, fəal və sağlam yaşam daha xoşbəxt və sağlam həyata gətirib çıxarır ki, bu da insanların ümumi rifahına xidmət edir".

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.