16 aprel 2015 16:30

Krauklis Avropa Oyunlarında badminton yarışına vəsiqə qazanıb

Latviyalı Reinis Krauklis Bakı-2015 Avropa Oyunlarında Badminton üzrə kişilərin təkbətək yarışına vəsiqə əldə edib. Azerisport.az xəbər verir ki, 20 yaşlı Krauklisə Bakı-2015 Avropa Oyunları üçün 3 vəsiqədən biri təqdim edilib.

Kişilərin təkbətək yarışı üzrə reytinq cədvəlində 762-ci yeri tutan Krauklis son 12 ay ərzində iki reytinqli turnirdə  - 2014-cü ildə keçirilmiş Beynəlxalq Yoneks Litva və Beynəlxalq Yoneks Riqa turnirlərində -  iştirak edib.

Bu il Krauklis komanda yoldaşı Kristina Sefere ilə birlikdə qarışıq cütlüklər üzrə Latviya Çempionatının qalibi olublar.  

Latviya Badminton Federasiyası tərəfindən Sefere və İeva Popun Bakı-2015 Avropa Oyunlarında qadın cütlüklərindən ibarət komandaya təyin edilməsindən sonra Krauklis bu Oyunlarda iştirak edəcəyini elan edib. Qadınların təkbətək yarışında da Latviyanı Sefere təmsil edəcək.  

“Latviyanın beş badminton növündən üçündə təmsil edilməsi Latviya badmintonu üçün böyük uğurdur” – deyə Latviya Badminton Federasiyasının prezidenti Mareks Qruskeviks bildirib.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.