15 aprel 2015 19:30

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Giltex fabrikində olub

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komtəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq aprelin 13-də «Gilan» Tekstil Parkının ticarət nişanı olan «Giltex» fabrikində olub. Azerisport.az xəbər verir ki, Sumqayıtda yerli istehsal şəraiti ilə tanış olan BAOƏK-nin əməliyyatlar üzrə baş direktoru «Gilan» Tekstil Parkının rəhbərliyi ilə söhbət zamanı əməkdaşlıq məsələlərini müzakirə edib. Qeyd edək ki, yüksək keyfiyyətli yerli məhsullar istehsal etməyə qadir olduğu üçün bu fabrik Bakı 2015 Avropa Oyunlarının vahid geyim təchizatçısı seçilib.

950 işçisi olan «Giltex» BAOƏK-in uniformalarını hazırlayan müəssisədir. 2012-ci ildə Sumqayıt şəhərində fəaliyyətə başlamış şirkət «Gilan» Tekstil Parkının ticarət nişanıdır. Qeyd edək ki, «Gilan» Tekstil Parkı yüksək keyfiyyətli Azərbaycan pambığından xammal kimi istifadə etməklə, Avropa keyfiyyətinə və istehsal standartlarına cavab verən məhsullar istehsal edir. Şirkətin toxuculuq, boyaq və tikiş fabrikləri də var. Burada hazırlanan məhsullara yataq otağı örtükləri, geyim, pərdə, trikotaj parçası, ipliklər, corablar, dəsmallar, yataq ləvazimatları və hərbi uniformalar daxildir.

Fabrik istehsal prosesində heç bir kimyəvi məhsullardan istifadə olunmadığını bildirir. Qeyd edək ki, bütün uniformalar yerli pambıqdan hazıranır və yalnız düymələri Türkiyədən sifariş edilir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Birinci Avropa Oyunları Azərbaycan iqtisadiyyatına müsbət edəcək. Ölkənin yeni şirkətlərindən olan “Giltex” yüksək keyfiyyətli məhsullar istehsal edir. Sumqayıtda şirkətin gözəl şəraiti var. BAOƏK-nin xidmət heyəti, 18,000 könüllü və digər sahələrdə çalışacaq əməkdaşlar üçün uniforma və geyimlər məhz bu müəssisədə hazırlanacaq.

BAOƏK üçün bu fabrikdə, ümumilikdə 110 min ədəd olmaqla, 7 növdə uniforma istehsal olunacaq. Bu geyimlərə həm kişi, həm də qadın işçi qüvvəsi, eləcə də, texniki rəsmi heyət üçün müxtəlif çeşidli polo yaxalı köynəklər və mərasim iştirakçıları üçün qısaqol köynəklər daxildir.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.