14 aprel 2015 21:15

Bolqarıstan Avropa Oyunlarına Dalakliev və Georgievi göndərir

Bolqarıstanın Taekvondo Federasiyası Avropa Oyunlarına Vladimir Dalakliev və Teodor Georgievi göndərir. Azerisport.az xəbər verir ki, 23 yaşlı Dalakliev iki Dünya Çempionatı və iki Avropa Çempionatında iştirak edib, 2012-ci ildə gənclər arasında Avropa çempionu olub. Bakı-2015 Avropa Oyunlarında 68 kq çəki dərəcəsində yarışacaq Dalakliev 2011-ci il Dünya Çempionatında dörddə-bir finala yüksəlib.

Georgiev Bakı-2015 Avropa Oyunlarında 74 kq çəki dərəcəsində yarışacaq. 23 yaşlı idmançı bu ilin əvvəlində öz karyerasının ilk titulunu İsveçrə Açıq Çempionatında qazanıb.

İdmançılar Olimpiya və dünya reytinqlərinə əsasən öz kvota yerlərini əldə ediblər.

"Bu mühüm nəticə Bolqarıstanın taekvondo döyüşçülərinin məqsədyönlü əməyinin nəticəsi və bütün bizim məşqçilərimizin, idmançılarımızın və üzvlərimizin nailiyyətidir", - deyə Bolqarıstan Taekvondo Federasiyası öz internet səhifəsində bildirib və belə əlavə edib: “Bu Oyunlar üzrə əhəmiyyətli nəticələr Bolqarıstan Taekvondo Federasiyasının 2012-2016-ci illər üzrə Olimpiya Dövrü üçün məqsədyönlü siyasəti sayəsində əldə olunub".

“Azərbaycanda mübarizə aparacaq Dalakliev və Georgiev ölkənin Rio-2016 Olimpiya Oyunlarına doğru yönəlmiş məqsədi istiqamətində irəliyə doğru daha bir addım atıb” - deyə federasiya qeyd edib.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.