13 aprel 2015 11:30

Bakı-2015 həyəcanına start verilib

Portuqaliya Milli Olimpiya Komitəsi Birinci Avropa Oyunlarının açılış mərasiminin təşviqi məqsədilə, Lissabon – Bakı marşrutu üzrə velosiped yürüşü təşkil edib. Azerisport.az xəbər verir ki, bu ideyanın müəllifi, 53 yaşlı velosipedçi və macəra həvəskarı olan Corc Kristovaodur.

Yürüşə Lissabonun Torre de Belem abidəsinin qarşısında start verilib. Bununla bağlı təşkil edilən tədbirdə Portuqaliyanı Bakıda təmsil edəcək idmançılar, məşqçilər, milli idman federasiyasının nümayəndələri, Corc Kristovaonun ailəsi və dostları daxil olmaqla yüz nəfərdən artıq insan iştirak edib.

Birinci Avropa Oyunları zamanı Portuqaliya Milli Olimpiya Komitəsinin nümayəndə heyətinə rəhbərlik edəcək Xose Qarsiya ölkənin milli bayrağını C.Kristovaoya təqdim edib. O isə, iyunun 10-da Bakıya çatdıqdan sonra, bayrağı Avropa Oyunlarının açılış mərasimində daşımaq üçün Xose Qarsiyaya geri qaytaracaq.

Corc Kristovaoya 7000 kilometrə yaxın məsafəni qət etmək üçün, elektriklə işləyən velosiped hədiyyə olunub və Portuqaliya Milli Olimpiya Komitəsinin prezidenti Xose Manuel Konstantino Bakı şəhərinə doğru yürüşün marşrutu üzərində yerləşən ölkələrin milli olimpiya komitələrinin prezidentlərinə ünvanlanan məktubları təqdim edib. C.Kristovao məktubları səfər zamanı İspaniya, Fransa (Kot de Azur ofisi), Monako, İtaliya, Türkiyə, Gürcüstan və Azərbaycanın milli olimpiya komitələrinin rəhbərlərinə, eləcə də, Romada Avropa Olimpiya Komitəsinin baş qərargahına və Yunanıstanın Saloniki şəhərində Olimpiya Muzeyinə çatdıracaq.

Portuqaliya Milli Olimpiya Komitəsi prezidentinin və Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin məktubları bütün Avropa və dünyanın bəzi ölkələrində təbliğat aparmaqla, digər Milli Olimpiya Komitələrini Avropa Oyunlarında ən yaxşı idmançıları ilə iştiraka şövq edəcək.

Tədbirin sonunda Lissabon şəhərinin yeni meri Fernando Medina Corc Kristovaoya Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova ünvanlanmış məktubu təqdim edib.

Ötən il, Bakı-2015 Avropa Oyunları təşviqat strategiyasının işlənib hazırlanması üçün möhtəşəm açılış mərasiminə dəvətnamələr göndərərək ən yaxşı ideyaların irəli sürülməsi üçün çağırış edib. Ən çox bəyənilən fikir isə Bakıya velosiped yürüşü olub. Bu təklifə əsasən, Portuqaliya Milli Olimpiya Komitəsinin Lissabondan Bakıya doğru təşkil etdiyi yürüş bütün qitəni əhatə edəcək.

"Lissabondan Bakıya velosiped yürüşünün təşkili ideyasının həyata keçirilməsinə çox şadıq. Corcun səyahəti Avropa Oyunlarının açılış mərasimi haqqında bütün qitənin məlumatlandırılmasına yardım edəcək. Bakı-2015 təşəbbüsünün Avropada Milli Olimpiya Komitələri arasında ruhlandırıcı nümunə olduğunu görmək mümkündür. İyun ayında Corcu Bakıda qarşılamağı səbirsizliklə gözləyir və səyahəti zamanı ona uğurlar arzulayırıq", - deyə, Bakı-2015 Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq bildirib.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.