10 aprel 2015 19:20

"Bakı-2015 bu təşəbbüsü böyük məmnuniyyətlə qarşıladı"

Horhe Kristovao, Portuqaliyanın Lissabon şəhərindən Azərbaycanın paytaxtı Bakıya velosipedi ilə edəcəyi möhtəşəm səyahətinə 10 aprel 2015-ci il tarixində başlayıb. Azerisport.az xəbər verir ki, 7 min kilometrlik məsafədə olacaq bu səyahətdə Horhe bir çox ölkədən keçərək bu ölkələrin Milli Olimpiya Komitələrinə səfər edəcək və iyunun 10-da Bakıya çatacaq.

Bakıya gəldikdən sonra o, özü ilə gətirdiyi Portuqaliya bayrağını, 12 iyun 2015-ci il tarixində keçiriləcək Avropa Oyunlarının açılış mərasimində istifadə olunması məqsədi ilə bu ölkənin milli komandasına təqdim edəcək. Səyahətdən əvvəl bu çağırışla əlaqədar olaraq Horhe bəzi sualları cavablayıb.

- Velosipedlə Bakıya, Avropa Oyunlarına gəlmək fikrinə necə gəldiniz?
- Portuqaliya Milli Olimpiya Komitəsinə təklif etdiyim ideya idi ki, Portuqaliya bayrağını Oyunlarda yarışacaq Portuqaliya idmançılarına aparım. Bu mənim üçün heç vaxt kiçilməyəcək bir məna kəsb edir. Çünki bayraq uşaqlığımdan etibarən məni təqib edən bir simvoldur və içimdə olan çox güclü bir hissdir.

- Bunun üçün hansı xüsusi məşqləri edirsiniz?
- Mən hər gün kilometrlərlə velosiped sürürəm. İndiyə qədər getdiyim ən uzun yol Santiaqoya gedən Fransa yolları olub ki, 9 gün ərzində 1760 kilometr qət etmişdim. Lakin hazırki missiyam ilə heç nə müqayisə oluna bilməz. Çünki bu böyük səy tələb edir və mən bunu edəcəyimə əminəm.

- Bakı-2015 və Avropanın MOK-ları sizin bu təşəbbüsünüzü necə dəstəklədilər?
- Bu təşəbbüs yalnız Portuqaliya Milli Olimpiya Komitəsinin dəstək olduğu üçün həyata keçə bilir. Hansı ki, bu səyahətin reallaşması üçün lazım olan dəstəyi əldə etmək üçün Portuqaliya MOK-u ideyaya sponsorluq etdi. Avropa Oyunların daha da tanınmasına yardımçı olacağı üçün Bakı-2015 bu təşəbbüsü böyük məmnuniyyətlə qarşıladı və Avropa MOK-ları da yerli media kanalları vasitə ilə bu təşəbbüsü ictimaiyyətə çatdıracaqlar.

- Səyahətiniz ərzində hansı ölkələrdən keçəcəksiniz və kimlərlə görüşəcəksiniz?
- Mən İspaniyanın MOK-una, Fransa, Monako, İtaliya, Türkiyə, Gürcüstan və Azərbaycana, həmçinin AOK-un Romadakı baş qərargahına və Yunanıstanın Saloniki şəhərində yerləşən Olimpiya Muzeyinə səfər edəcəyəm. Bu ölkələrdə hər bir MOK-un nümayəndələri tərəfindən qarşılanacağam.

- Bakıya nə zaman çatacaqsınız və orada nə qədər qalacaqsınız?
- Portuqaliyanın Milli Bayramı günündə, iyunun 10-da çatacağam. Burada bir neçə gün qaldıqdan sonra, iyunun 14-də Portuqaliyaya yola düşəcəyəm. 

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.