10 aprel 2015 11:00

Hollandiyalı doqquz üzgüçü Bakı-2015-də yarışmaq hüququ əldə edib

Hollandiyalı doqquz üzgüçü bu ölkənin Milli Çempionatında uğurlu çıxış edərək Avropa Oyunlarında iştirak hüququ qazanıb. Azerisport.az xəbər verir ki, Marrit Steenbergen 50 m, 100 m və 200 m sərbəst formada, eləcə də 50 m arxaüstə və 200 m qarışıq üslubda fərqlənib. O, Ayndhoven şəhərində yerləşən Pieter van den Hoogenband Üzgüçülük Arenasında keçirilmiş Üzgüçülük Kubokunda yüksək pillədə yer alıb.

200 metr sərbəst formada üzgüçülük üzrə hollandiyali üzgüçülər - Frederik Yanssen, Laura van Engelen və Marieke Tienstra - Bakı-2015 Avropa Oyunlarının idman növü üzrə təyin etdiyi zaman məhdudiyyətinə riayət edə biliblər.

Yanssen də həmçinin, üzgüçülüyün 50 və 100 m sərbəst forması üzrə kvota yeri əldə edib. Tienstra yarışlarda fərqlənərək Hollandiya üçün üzgüçülüyün 200 m kəpənək forması və 200 m qarışıq forması üzrə kvota yeri qazanıb.

İris Tjonk xüsusi olaraq üzgüçülüyün kəpənək forması üzrə fərqlənərək  50, 100 və 200 metrlərdə Hollandiya üçün kvota yeri qazanıb.

Bakı-2015 Avropa Oyunlarında kvota yeri əldə etmiş doqquz hollandiyali üzgüçü Hollandiya Milli Olimpiya Komitəsi tərəfindən nəzərdən keçirilir. Bu ölkənin MOK-u Bakı-2015 Avropa Oyunlarında iştirak  edəcək  milli komanda üzrə son qərarı bəyan edəcək.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.