9 aprel 2015 16:00

Avstraliyanın televiziya kanalı Avropa Oyunlarının son yayım tərəfdaşı oldu

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Birinci Avropa Oyunlarını nümayiş etdirmək üçün Avstraliyanın Olimpiya Oyunları teleyayımçısı “Seven Network” kanalı ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, Avstraliyanın ödənişsiz teleyayım üzrə aparıcı kanalı Birinci Avropa Oyunlarının ölkə üzrə 8.4 milyon evə gündəlik yayımını öhdəsinə götürdü. “Seven Network” kanalı 2007-ci ildən bəri Avstraliyanın ən reytinqli televiziya kanalıdır.

“Seven Network” kanalı ilə bağlanmış müqavilə Avropa teleyayımçıları ilə yanaşı, Amerika Birləşmiş Ştatları, Kanada, Hindistan, Çin və ərəb dünyası ölkələri ilə imzalanmış müqavilələr sayəsində dünyanın dörd bir yanında Birinci Avropa Oyunlarının daha çox tamaşaçı kütləsi tərəfindən izlənilməsini təmin edir.

BAOƏK-nin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq “Seven Network” kanalının olimpiya oyunlarının nüfuzlu teleyayımçısı olduğunu bildirib və qeyd edib ki, bu kanalın Birinci Avropa Oyunlarının teleyayımını öhdəsinə götürməsi Bakı-2015-in beynəlxalq idman tarixinə mühüm töhfə olduğunu bir daha təsdiq edir.

Bu sazişlə Bakı-2015 Birinci Avropa Oyunları bağlanmış yayım müqavilələrinin sayını 57-yə çatdırdı. “Seven Network” kanalının idman şöbəsinin direktoru Sol Ştayn əlavə edib: “Bizim vəzifəmiz mötəbər idman tədbirlərini tamaşaçılarımıza təqdim etməkdir. Birinci Avropa Oyunlarının, uzunmüddətli teleyayımını həyata keçirdiyimiz Olimpiya Oyunları və ilk dəfə ödənişsiz yayımını təşkil etmək üçün müqavilə imzaladığımız Paralimpiya Oyunları ilə mükəmməl uyğunluq təşkil etdiyini düşünürük”.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.