6 aprel 2015 18:00

İtaliya voleybol yığmasının Bakı-2015 üçün ilkin heyəti açıqlandı

Bakı-2015 yarışlarında çıxış edəcək İtaliyanın voleybol üzrə kişilərdən ibarət komandasının baş məşqçisi Mauro Berruto 22 oyunçudan ibarət heyəti müəyyən edib. Azerisport.az xəbər verir ki, eyni zamanda, o, Avropa Oyunları ilə üst-üstə düşəcək Dünya Liqası yarışları üçün 25 nəfərdən ibarət ilkin heyəti də açıqlayıb.

Altı oyunçu - Elia Bossi, İacopo Botto, Jacopo Massari, Gabriele Nelli, Giacomo Raffaelli və Luigi Randazzo – hər iki komandada yer alıb.

Hələ öz klublarında oynadıqları üçün İtaliyanın iki məşhur oyunçusu - Simone Parodi və Osmany Juantorena – siyahıya daxil edilməyib. Parodi və Juantoenanın bu yay hansı yarışlarda iştirak edəcəyi hələ bilinmir.

"Qərar qəbul edən zaman hər bir oyunçunun iştirak imkanı və milli komandada oynamaq istəyi nəzərə alınıb" - deyə cənab Berruto açıqlama verib.

 O, əlavə edib ki, hər iki komandanın hazırlanmasında eyni prinsip əsas götürülüb: "Bizim işimizin əsasında təkcə nəzəriyyə və fəlsəfə deyil, eyni zamanda, dəqiq texniki mülahizələr, aydın oyun üslubu dayanır."

Berruto bildirib ki, Avropa Oyunlarının Dünya Liqası ilə eyni vaxta təsadüf etməsi fonunda hər iki siyahıda olan oyunçuların sayını azaltmaq istəyir.

O əlavə edib: "Mən aydın şəkildə bəyan etmək istəyirəm ki, hər bir oyunçunun qarşısında duran çağırışları nəzərə almaqla hamımız birgə çalışacağıq."

 Cənab Beruttonun "Bakı 2015"ə gətirmək istədiyi oyunçuların siyahısı və təmsil etdikləri komandaların adları aşağıda verilib:

Fabio Balaso, Tonazzo Padova
Thomas Beretta, Sir Safety Perugia
Luca Borogogno, Calzedonia Verona
Elia Bossi, Exprivia Nel Diritto Molfetta
İacopo Botto, Vero Volley Monza
Enrico Diamantini, B-Chem Potenza Picena
Marco Falaschi, Trefl Gdańsk - Polşa
Michele Fedrizzi, Energy T.I. Trento
Pasquale Gabriele, Cmc Ravenna
Marco Izzo, Caffe Aiello Corigliano
Jacopo Massari, Copra Piacenza
Daniele Mazzone, Altotevere Citta di Castello
Tiziano Mazzone, Energy T.I. Trento
Sebastiano Milan, Tonazzo Padova
Gabriele Nelli, Energy T.I. Trento
Pier Paolo Partenio, B-Chem Potenza Picena
Nicola Pesaresi, Calzedonia Verona
Alessandro Preit, Revivre Milano
Giacomo Raffaelli, Club Italia
Luigi Randazzo, Altotevere Citta di Castello
Fabio Ricci, Cmc Ravenna
Luca Spirito, Exprivia Nel Diritto Molfetta

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.