3 aprel 2015 19:30

Avropa Oyunlarına bilet satışı başladı

Bu gün, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi şəhərin bir çox yerlərində quraşdırılmış məntəqələrdə bilet satışına başlayaraq, bu yayın ən mötəbər tədbirinə gedən yolda daha bir mərhələni qeyd etdi. Azerisport.az xəbər verir ki, martın 20-dən etibarən tamaşaçılar biletlərini onlayn satış xidməti vasitəsilə almağa başlayıblar. İndi isə onlar bu məntəqələrdə bilet alışını təsdiqlətdikdən sonra, “Bakı-2015” biletlərini əllərində tutacaqları o möhtəşəm anı yaşaya biləcəklər. Artıq biletləri birbaşa olaraq, Park Bulvar, 28 Mall və Metro Park ticarət mərkəzləri də daxil olmaqla Bakının müxtəlif yerlərində 8 nöqtədə yerləşdirilmiş satış məntəqələrindən almaq mümkündür.

İlk bilet təsdiqlətməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu səhər Bakı Ekspo Mərkəzində, Beynəlxalq “AITF-2015” 14-cü beynəlxalq “Turizm və Səyahətlər Sərgisi”nin rəsmi açılış mərasimində iştirakı zamanı həyata keçirdi. “Bakı-2015” Birinci Avropa Oyunları bu sərgidə təbliğat stendi ilə iştirak edir, sərgi sabahdan etibarən (Şənbə günü) ictimaiyyətə açıq olacaq.

Azərbaycan Respublikasının gənclər və idman naziri, “Bakı-2015”in baş icraçı direktoru cənab Azad Rəhimov bilet satışına başlanılması ulə bağlı bunları deyib: “Şəhərin əsas ticarət mərkəzlərində bilet satışına başlanılması “Bakı-2015” Avropa Oyunları üçün vacib addımlardan biridir. Biz bilet satışı siyasətimizi elə müəyyənləşdirmişik ki, bu tarixi hadisəyə şahidlik etmək istəyən, Avropa Oyunlarından zövq almaq istəyən vətəndaşlarımız bu imkandan yararlana bilsinlər. Buna görə də Oyunlara bilet almaq hər bir Azərbaycan vətəndaşı üçün əlçatandır”.

Bu gün Park Bulvar AVM-də Birinci Avropa Oyunlarının Ulduz Elçiləri Cabir İmanov, Eldar Qasımov, Bəhram Bağırzadə və Nuran Hüseynovun iştirakı ilə keçirilən tədbir məntəqələrdə bilet satışının başladığını qeyd etmək üçün təşkil olunmuşdu. 2 saat ərzində iştirakçılar viktorinalar və hədiyyələrlə dolu musiqili və əyləncəli tədbirdən zövq aldılar. Onlar, eyni zamanda, xüsusi hazırlanmış nəhəng “Bakı-2015” bileti və Birinci Avropa Oyunlarının rəmzləri olan Ceyran və Nar ilə şəkil çəkdirmək imkanı əldə etdilər.

Tədbirin aparıcısı Rüfət Ağayev tamaşaçılara müraciət edərək dedi: “Birinci Avropa Oyunları zamanı özünüzü sınamağı heç vaxt təsəvvürünüzə belə gətirmədiyiniz idman növlərini kəşf etmək üçün unikal şans əldə edəcəksiniz. Gəlin və dostlarınız və ailənizlə birlikdə maraqlı anlar yaşayın, ilk Avropa Oyunlarının təəssüratını bölüşün!”.

Birinci Avropa Oyunlarının biletlərini satış məntəqələrindən birbaşa yaxud onlayn üsulla (http://az.baku2015.com/tickets/index.htm) almaq olar. Onlayn alınmış biletlərin çekləri daha sonra şəhərin aşağıdakı bilet satış məntəqələrində dəyişdirilə bilər: Park Bulvar AVM, 28 Mall, Metro Park AVM, Heydər Əliyev Sarayı, “Azərbaycan” kinoteatrı, Bülbül prospekti ilə Nizami küçəsinin kəsişməsi, Azadlıq Meydanı və ASAN Xidmətin Yasamal filialı.

Növbəti məntəqələri aprelin 18-də Neftçilər, Əhmədli metro stansiyaları yaxınlığında və Fəvvarələr Meydanında yerləşən McDonald’s restoranlarında, mayın 15-də isə Tofiq Bəhramov stadionunda açılacaq.

Biletlərin qiyməti çox münasibdir. Belə ki, idman yarışlarına giriş biletlərinin qiyməti 2-5 AZN arasında dəyişəcək. Birinci Avropa Oyunlarının açılış mərasiminə biletlərin qiyməti 20 manatdan, bağılanış mərasiminə isə 10 manatdan başlayacaq. 16 yaşından aşağı uşaqlar əksər idman komplekslərinə pulsuz giriş hüququ əldə edəcəklər.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.