3 aprel 2015 17:15

Bakı-2015 bağlanış mərasiminin bədii direktorunu təyin etdi

“Bakı-2015” Birinci Avropa Oyunları Ceyms Hedleyin bağlanış mərasiminin bədii direktoru təyin edildiyini açıqlayıb. Azerisport.az xəbər verir ki, Hedley peşəkar teatr və sirk sənətində, eləcə də iri həcmli tədbirlərin idarə olunmasında 25 illik təcrübəyə malikdir.

O, Şimali Amerikada Mystère, La Nouba, "O", The Beatles' LOVE, Ka, Iris and Zumanity daxil olmaqla bir sıra tamaşaların qurulmasında “Cirque du Soleil's” şirkətinin baş bədii direktoru olub və “Qremmi” mükafatı, “Tonight Show”, “Live with Kelly and Michael”, “Ellen De Generes Show” və “Today Show” kimi proqramları hazırlayıb.

“Bakı-2015” Avropa Oyunlarının bağlanış mərasimi 50 ölkənin nümayəndə heyətinin üzvlərini, 6000-dən çox idmançını, eləcə də onların ailələrini, məşqçilərini, könüllüləri, tərəfdaşları və ümumilikdə, bütün ictimaiyyəti birləşdirən vida şousu olacaq. Ceyms Hedley bu xüsusda deyib:

“Bakı-2015” üçün bağlanış mərasimi tamaşasını təşkil etmək şərəf, eyni zamanda, bir məsuliyyətdir. Məqsədim Avropa Oyunlarına layiq olduğu möhtəşəm final səhnəsini bəxş etmək və mərasimə qatılanlar, həmçinin, dünyanın müxtəlif yerlərində izləyənlər üçün unudulmaz şou yaratmaqdır".

Libbi Haylənd Ceyms Hedleyin yaradıcı əməkdaşı olacaq və “Bakı-2015” bağlanış mərasiminin yaradıcı direktoru qismində fəaliyyət göstərəcək. Libbi “Rio-2007” və “Qvadalaxara-2011” Panamerika Oyunları da daxil olmaqla, bir sıra tədbirlərin yaradıcı işlərinə rəhbərlik edib.

“Bakı-2015” Avropa Oyunlarının mərasimlər üzrə direktoru xanım Katerina Uqvu yeni təyinatla bağlı bunları deyib: “Ceyms və Libbi artıq Bakıda yaratdığımız güclü bədii komandanı tamamladılar. Onların yaradıcı gücü “Five Current prodakşn”ın təcrübəsi ilə birləşərək, Avropa Oyunlarının bağlanışı üçün layiqli mərasim ərsəyə gətirəcək”.

Skot Givensin rəhbərlik etdiyi “Five Currents” aparıcı şirkəti “Bakı-2015” Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təşkilatçısıdır. Şirkət “Soçi-2014” Qış Olimpiya, “Rio-2007” və “Qvadalaxara-2011” Panamerika Oyunlarının açılış və bağlanış mərasimlərini, “Cinco de Mayo”nun 15 illik yubileyini və Rio de Janeyroda “Reveillon Copacabana” Yeni il tamaşası da daxil olmaqla, bir çox tədbirləri təşkil edib.

Açılış və bağlanış mərasimləri yeni tikilmiş Bakı Olimpiya Stadionunda 68 minlik izləyici kütləsi və dünyanın müxtəlif yerlərindən olan televiziya izləyicilərinin gözü qarşısında baş tutacaq.

Açılış və bağlanış mərasimlərinə biletlər martın 20-dən tədbirin rəsmi saytında onlayn satışa çıxarılıb və bu gündən başlayaraq biletləri Park Bulvar, 28 Mall və Metro Park da daxil olmaqla, Bakının müxtəlif ticarət mərkəzlərində quraşdırılmış satış məntəqələrində də almaq olar.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.