3 aprel 2015 17:00

İsveçli taekvando idmançısı Qlasnoviç Avropa Oyunlarına hazırlaşır

Son aylar taekvando üzrə xallar toplayan Nikita Qlasnoviçin növbəti böyük hədəfi “Bakı 2015”dir. Azerisport.az xəbər verir ki, 20 yaşlı idmançı Avropa Çempionatında qadınlar arasında Olimpiya kateqoriyası üzrə 57 kiloqram çəki dərəcəsində qızıl medal qazanmaqla 2008-ci ildən bəri taekvando sahəsində Avropanın qızıl medalını əldə etmiş ilk İsveç döyüşçüsü oldu.

Qlasnoviç skanskan.se saytına müsahibəsində belə deyib: “Mən özünəinam prinsipi və müəyyən rejim üzrə səylə çalışmışam. Rəqiblərim mənim üçün tamamilə yeni idilər. Mən əvvəllər onların heç biri ilə üzləşməmişdim. Mən bütün diqqətimi sadəcə öz üslubuma yönəltdim".

Qlasnoviç Rusiyanın Nalçik şəhərində baş tutmuş final oyununda Rusiya təmsilçisi Milana Driamovanı məğlub edib.

Əslən Malmodan olan idmançı 2014-cü ildə keçirilmiş çempionat ilə müqayisədə iki pillə irəliləyərək birincilik əldə edib: “Aydındır ki, mən öz nəticəmi yaxşılaşdırdığım üçün şadam. Qazanılmış uğur məsuliyyəti artırır və özünəinam hissi yaradır. Mən əlavə gərginlik olmadan mübarizə apardım".

Nalçik şəhərində keçirilmiş yarış yanvardan etibarən ABŞ Açıq Çempionatında, Dubayda, Misirin İsgəndəriyyə və Luksor şəhərlərində, Türkiyədə, Yunanıstanda, İsveçrədə, Bosniya və Herseqovinada, Hollandiyada keçirilən silsilə yarışlarda mübarizə aparmış Qlasnoviç üçün sonuncu sınaq olmuşdu.

“Özümü uzun müddətdir ki, evimdən ayrı düşən kimi hiss edirəm. Yenə də doğma vətəndə olmaqdan çox məmnunam” - deyə Qlasnoviç bildirib.

İsveç idmançısı “Rio 2016” Olimpiya oyunları üçün xallar toplamağa köklənib. O, dünya sıralamasında 200 xala malikdir və öz çəki dərəcəsi üzrə üçüncü yerdədir.

Hazırda Qlasnoviç Malmo şəhərindəki evində istirahət edir. O, Olimpiya təsnifatı üçün bir qədər də xal toplamaq baxımından Bakı 2015 Avropa Oyunlarını fürsət hesab edir.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.