3 aprel 2015 12:00

Red Bull da Avropa Oyunlarının rəsmi tərəfdaşı oldu

Dünyanın aparıcı enerji içkiləri istehsalçısı olan “Red Bull” 166 ölkədə məhsullarını satışa çıxarır. Azerisport.az xəbər verir ki, ilk Avropa Oyunları zamanı şirkət enerji içkilərindən hazırlanan təkrarolunmaz dada malik məhsulunu, həmçinin sosial media ilə bağlı yeniliyini təqdim edəcək.

“Red Bull”un sosial media kanalları mətbuat və sosial marketinq sahələri üzrə qlobal liderlər olaraq, “Bakı-2015"i dəstəkləmək üçün Birinci Avropa Oyunlarınadək qalan müddət ərzində regional əsaslı sosial media tədbirləri həyata keçirəcəklər.

“Red Bull” bu tədbirlər zamanı Azərbaycanda daha az tanınmış idman növlərini diqqət mərkəzinə gətirəcək. Məqsəd yerli əhali arasında onların populyarlığını artırmağa kömək etmək və Avropa Oyunlarına bilet satışına dəstək olmaqdır. Bu idman növlərinə avarçəkmə, çimərlik voleybolu, velosiped idmanı (BMX, şosse velosipedi və dağ velosipedi növləri), çimərlik futbolu, 3x3 basketbolu və qılıncoynatma daxildir. Enerji içkiləri şirkəti tamaşaçılar üçün arena daxilində əyləncələr təşkil edəcək. Buraya məşhur diceylərlə görüşlərin təşkili də daxildir. “Red Bull”, Atletlər Kəndində idmançılar üçün də əyləncəli tədbirlər həyata keçirəcək.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu xüsusda deyib: “Red Bull” dünyaca məşhur brenddir və tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına fərqli üslubları ilə dəstək verəcəklər. Şirkət həm də Azərbaycanda bir sıra tədbirlərin həyata keçirilməsində əldə etdiyi uğurlu nəticələrlə öyünə bilər. Artıq “Red Bull”da idman tarixinə qızıl hərflərlə yazılacaq Avropa Oyunlarını dəstəkləyən və tərəfdaşlıq edən digər tanınmış beynəlxalq və Azərbaycan şirkətlərinin sırasına qoşulur".

“Red Bull” Azərbaycanda tədbirlərin təşkil edilməsi və tanıdılması sahəsində əhəmiyyətli təcrübəyə malikdir. Son olaraq, 2014-cü ildə «Thre3style» dünya dicey çempionatının final mərhələsini və İohan Sebastyan Baxın əsərləri ilə breyk dansla müasir baletin sintezindən ibarət “Flying Bach” tədbirini reallaşdırmışdı. Bakı hər iki yarış üzrə dünya turnirlərinin son dayanacağı oldu və bir neçə gecə bu tədbirlərə ev sahibliyi etdi.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.