1 aprel 2015 13:15

Aprelin 3-ü Bakı-2015 könüllülər proqramı üçün son müraciət tarixidir

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi birinci Avropa Oyunları “Alovqoruyanlar” könüllülər proqramının iştirakçısı olmaq istəyənlər üçün son müraciət tarixinin 3 aprel 2015-ci il olduğunu elan edib. Azerisport.az xəbər verir ki, minlərlə gənc, eyni zamanda  yerli və xarici namizədlər onlar üçün yaradılmış bu fürsətdən istifadə edərək, Bakı-2015 birinci Avropa Oyunlarında müxtəlif sahələrdə könüllü kimi fəaliyyət göstərə biləcəklər.

Məlumat üçün bildirək ki, Bakı-2015  “Alovqoruyanlar” könüllülər proqramına  rəsmi olaraq 12 iyun 2014-ci il  tarixindən etibarən start verilib və bu müddət ərzində iştirak üçün 30000-dən çox müraciət daxil olub. Hər həftə isə işə qəbul mərkəzində müraciət edən yüzlərlə namizəddən müsahibə götürülür. Bildirək ki, könüllü olmaq istəyənlərlə müsahibələr aprel ayının sonuna qədər davam etdiriləcək. Lakin namizəd olmaq istəyənlər 3 aprel tarixinə qədər müraciət formalarını göndərməlidirlər.

Oyunlar ərzində "Alovqoruyanlar" əsas rolları icra edəcək, idmançılara və yüksək vəzifəli şəxslərə köməklik göstərəcək, idman yarışlarında çalışacaq, tamaşaçılara və yaxud media nümayəndələrinə yardım edəcəklər.

Azərbaycan Respublikasının Gənclər və idman naziri və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru cənab Azad Rəhimov deyib: “Avropa Oyunlarının könüllü proqramı gənclərin Bakı- 2015 Avropa Oyunlarına qoşulması və beynəlxalq arenada ölkəmizi dəstəkləməsi üçün gözəl imkan yaradır. Bizim bütün “Alovqoruyanlar”ımız Azərbaycanda böyük multi-idman yarışı çərçivəsində daimi irs qoyan proqram sayəsində ölkəmizin tarixindəki bu möhtəşəm anı paylaşacaq və şəxsi karyeraları üçün çox mühüm təcrübə qazanacaqlar".

Azərbaycan Gənclər Fondunun icraçı direktoru və Bakı-2015 Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev deyib: “Alovqoruyanlar" Oyunların qazanacağı uğurun mərkəzində dayanırlar. Onların iştirakı böyük əhəmiyyət kəsb edir, çünki Avropa Oyunları kimi genişmiqyaslı bir tədbir könüllülərin dəstəyi olmadan keçirilə bilməz.

«Alovqoruyanlar» rolunda könüllü kimi çalışmaq, Avropa Oyunları ruhunun bir hissəsinə çevrilmək üçün gözəl fürsətdir.  Avropa  Oyunları bizə azərbaycanlı gənclərin xalqın gələcəyinin formalaşmasına cəlb olunmasını göstərməyə,  eyni zamanda, gənclərin bacarığını, peşəkarlığını, işgüzarlığını və bir-biri ilə dostluq əlaqələrini inkişaf etdirməyə imkan verəcək”.

Avropa Oyunları kimi çoxnövlü idman yarışlarında çalışacaq "Alovqoruyanlar" geniş təlimlərdə iştirak etmək, Bakı-2015 uniformalarını ödənişsiz əldə etmək, ictimai nəqliyyatla obyektlərə ödənişsiz getmək, qida və Bakı-2015 Avropa Oyunlarının könüllü proqramının rəsmi tərəfdaşı olan «Nar Mobile» şirkəti tərəfindən Sim nömrə ilə təmin olunmaq kimi fürsətlərdən yararlanacaqlar.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin İşçi qüvvəsi və akkreditasiya direktoru xanım Şeron MakMaykl deyib: “Könüllü proqramı üçün bu günə kimi edilən müraciətlərdən məmnun qalmışıq. Həm Azərbaycan, həm də Avropa Oyunları üçün möhtəşəm uğur hekayəsinə çevriləcək proqramın bir hissəsi olmaq istəyənləri aprelin 3-dək müraciət etməyə çağırırıq. Könüllülərin icra edəcəkləri əksər rollar üçün təcrübənin olmasına da  gərək yoxdur. Biz mehriban, səmimi, idmana həvəsi olan və Avropa Oyunlarının uğurlu keçməsini istəyən şəxslərin axtarışındayıq".

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.