31 mart 2015 15:30

Avropa Oyunlarının məşəlinin yandırılacağı tarix məlum oldu

İlk Avropa Oyunlarının məşəli aprel ayının 26-da yandırılacaq. Azerisport.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov Türkiyədə keçirilən karate üzrə Avropa çempionatında iştirak edən Azərbaycan karateçiləri ilə görüşdə deyib.

Nazir A.Rəhimov qeyd edib ki, məşəl yandırıldıqdan sonra onun Azərbaycanın bütün regionlarına, şəhərlərinə məşhur insanlar, idmançılar ilə birgə səfəri başlayacaq. Nazir bildirib ki, sonda Oyunların keçirilməsinə bir gün qalmış məşəlin Bakı şəhərində Olimpiya stadionunda yandırılması nəzərdə tutlur.

A.Rəhimov həmçinin aprel ayı ərzində Bakıda bütün idman qurğularının istifadə veriləcəyini söyləyib: "Üzümüzə gələn aprel ayında bütün idman qurğuları təhvil veriləcək. Biz gözləyirik ki, aprelin 10-a qədər su hovuz mərkəzi təhvil veriləcək. Ondan sonra Avropa Parkı, Heydər Əliyev adına İdman və Konsert Kompleksi, Bakı Əl Oyunları Sarayı, Bakı Bulvar Arenasının açılışları növbəti ay ərzində olmalıdır. Bundan sonra biz deyə bilərik ki, Bakı şəhəri böyük və möhtəşəm yarışları qəbul etməyə tam şəkildə hazır olacaq".

Nazir əlavə edib ki, ilk Avropa Oyunlarının dünyada böyük reklam kampaniyası başlayıb, müxtəlif videoçarxlar hazırdır. Onun sözlərinə görə, Avropanın və dünyanın 34-dən çox ölkəsinin televiziya kanalları ilə müqavilə bağlanıb:

"Təkcə Çin Xalıq Respublikasında 500 milyondan artıq insan ilk Avropa Oyunlarını izləyəcək. Bu Oyunlar ölkəmizi dünyaya tanıtdırmaq üçün çox vacibdir. Gözəl açılış və bağlanış mərasimləri hazırlanır. Məncə bu, dünyada keçirilən möhtəşəm idman yarışlarının sırasında bəlkə ən gözəl açılış mərasimi olacaq". (Trend)

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.