30 mart 2015 18:30

"Avropa Oyunları hər kəs üçün yaddaqalan təcrübə olacaq"

Hakala Bakı 2015-də Finlandiyanı təmsil edəcək voleybol komandasının baş məşqçisi təyin edilib. Azerisport.az xəbər verir ki, o, Finlandiyanın kişilərdən ibarət voleybol komandasını Bakı 2015-ə hazırlayacaq.

32 yaşlı Hakala 2014-cü ildə Sloveniya milli komandası məşqçisinin köməkçisi olaraq çalışdıqdan sonra ilk dəfə Finlandiya milli komandasının başına keçdi. O, həmçinin bu mövsüm Finlandiyanın LEKA Volley klubuna da məşqçilik edib.

"Laurinin beynəlxalq təcrübəsi, şübhəsiz ki, böyük üstünlükdür. O həmçinin son illərdə çox dəyişib". Bunu komandadan ayrılan məşqçi Pertti Honkanen ümumilikdə yeddi ölkədə oynamış və məşqçilik etmiş Hakala haqqında deyib.

Hakala Bakı 2015 Avropa Oyunlarında evsahibi Azərbaycan, Serbiya, Polşa, Fransa və Türkiyə ilə birgə A qrupunda çıxış edəcək Finlandiya komandasına başçılıq edəcək. B qrupu isə Rusiya, İtaliya, Bolqarıstan, Almaniya, Belçika və Slovakiya komandalarından təşkil olunub.

Hakala komandasının Finlandiyanı təmsil etmənin əslində nə demək olduğunu anlamasına kömək edəcəyinə ümid edir. "Onlar bütün güclərini komandanın uğuruna yönləndirməli və komanda uğurunun əsasında nəyin dayandığını yaxşı başa düşməlidirlər. Əlbəttə ki, müxtəlif təcrübə və yaşlardan idmançıların bir arada olmasının da müsbət rolu olacaqdır, " - deyə Hakala baş məşqçi təyin olunmasına münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə, Bakı 2015 eyni zamanda oyunçuların bəziləri üçün əvəzolunmaz təcrübə olacaq: "Bakı 2015 Avropa Oyunları yeni oyunçularımızın bacarıqlarını göstərməsi baxımından mükəmməl imkandır və bu, hər kəs üçün yaddaqalan təcrübə olacaq".

Hakalanın Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək komandanın tərkibini 4 may tarixində açıqlaması gözlənilir.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.