30 mart 2015 18:15

Avropa Oyunlarının kamandan oxatma yarışlarında iştirak edəcək ölkələrin adları bəlli oldu

Marafon şəhərində keçirilmiş Avropa Qran-pri yarışları zamanı Belarus, Fransa, Almaniya, İtaliya, Hollandiya, Polşa, Rusiya, İspaniya, Türkiyə və Ukrayna kamandan oxatma üzrə həm kişi, həm də qadın idmançılar arasında keçiriləcək turnirlərin hər biri üçün üç kvota yeri əldə etdilər. Azerisport.az xəbər verir ki, Yunanıstanda keçirilmiş kamandan oxatma yarışları Avropa Oyunları üçün son təsnifat yarışı olub. Bakı 2015 yarışlarına ev sahibliyi edəcək Azərbaycan da kişi və qadınlar arasında keçiriləcək yarışların hər biri üçün 3 kvota yerinə malikdir.

Sloveniya və Norveç Bakı 2015 Avropa Oyunları zamanı kişilər arasında keçiriləcək kamandan oxatma yarışlarında iştirak üçün üç yer qazandı. Danimarka, Gürcüstan, Böyük Britaniya, Yunanıstan və İsveçrənin hər biri isə qadınlar arasında keçiriləcək yarışlar üçün üç yer əldə etdi.

Aşağıda adları çəkilən ölkələrin hər biri Bakı 2015 Avropa Oyunlarında kişilər arasında keçiriləcək kamandan oxatma yarışları üçün bir kvota yeri əldə etdilər: Ermənistan, Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Gürcüstan, Böyük Britaniya, Yunanıstan, İrlandiya, İsrail, Latviya, Lüksemburq, Moldova, Rumıniya, San Marino, Slovakiya, İsveç, İsveçrə, İslandiya (universallıq prinsipinə əsasən verilən yer), Kosovo (universallıq prinsipinə əsasən verilən yer) və Serbiya (universallıq prinsipinə əsasən verilən yer).

Aşağıda adı qeyd olunan ölkələrin hər biri Bakı 2015 Avropa Oyunlarında qadınlar arasında keçiriləcək kamandan oxatma yarışları üçün bir kvota yeri əldə etdilər: Ermənistan, Avstriya, Bolqarıstan, Kipr, Estoniya, Finlandiya, İrlandiya, Kosovo, Latviya, Moldova, Norveç, Rumıniya, Sloveniya, Slovakiya, İsveç və Litva (universallıq prinsipinə əsasən verilən yer).

Marafon şəhərində qadınlar arasında rekursiv kaman kateqoriyası üzrə keçirilmiş fərdi yarışlarda ilk üç yerə İtaliyalı oyunçular başçılıq etdilər. Həmin yarışlarda Klaudia Mandina birinci, Sara Violi ikinci, Qvendalina Sartori isə üçüncü yeri tutdu. 

Kişilər arasında rekursiv kaman kateqoriyası üzrə keçirilmiş yarışlarda isə qızıl medalı ikiqat Olimpiya çempionu Ukraynalı Markiyan İvaşko qazandı. İtaliyalı David Paskualikki gümüş medalın, İtaliyalı Marko Morello isə bürünc medalın sahibi oldu.

Kişilər arasında rekursiv kaman kateqoriyası üzrə komanda yarışlarının qalibi Belarus oldu. Sözügedən yarışda Hollandiya komandası gümüş, Ukrayna isə bürünc medala yiyələndi.

Qadınlar arasında rekursiv kaman kateqoriyası üzrə komanda yarışlarının qalibi Gürcüstan oldu. Yunanıstan ilə İtaliya isə müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşdı. 

Rekursiv kaman kateqoriyası üzrə qarışıq komanda yarışlarında qızıl medalı Ukrayna qazandı. Adıçəkilən yarışda Böyük Britaniya gümüş, Gürcüstan isə bürünc medalın sahibi oldular. Yarışın bu növü Bakı 2015 Avropa Oyunları zamanı da keçiriləcək.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.